İlham Əliyev Ağdamda metal elektrik dirəklərinin istehsalı müəssisəsinin açılışında iştirak edib


Siyasət 23 Dek 2025 16:14:00 79 0

İlham Əliyev Ağdamda metal elektrik dirəklərinin istehsalı müəssisəsinin açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də Ağdam Sənaye Parkında "Construction" MMC-nin metal elektrik dirəklərinin istehsalı müəssisəsinin açılışında iştirak edib.

Son.az xəbər verir ki, "Construction" MMC-nin təsisçisi Nurlan Abbasov dövlətimizin başçısına müəssisənin fəaliyyəti barədə məlumat verdi.

Bildirildi ki, Sənaye Parkının 1 hektarlıq ərazisində yerləşən müəssisədə istehsal Çin texnologiyası əsasında qurulub. Zavodun metal elektrik dirəkləri üzrə illik istehsal gücü 7 min 200 ton təşkil edir. Məhsullar həm daxili bazarın tələbatını ödəyəcək, həm də ixrac ediləcək. İnvestisiya həcmi 2,96 milyon manat olan müəssisədə 32 daimi iş yeri yaradılıb. Qurulmasına İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu tərəfindən 1,2 milyon manat zəmanətli kredit ayrılıb. Bununla yanaşı, müəssisə sənaye parkının rezidentlərinə verilən bütün vergi və gömrük güzəştlərindən yararlanıb. Həmçinin texnika, texnoloji avadanlıq və qurğuların idxalı zamanı təxminən 443 min manat dəyərində ƏDV və gömrük rüsumlarına güzəşt əldə olunub.

Qeyd edək ki, dövlətimizin başçısının 2021-ci ildə imzaladığı Fərmana əsasən, 190 hektar ərazidə yaradılan Ağdam Sənaye Parkının məqsədi işğaldan azad olunmuş ərazilərin dirçəldilməsi, Qarabağın sənaye potensialının inkişafı, sahibkarlığın dəstəklənməsi və əhalinin istehsal sahəsində məşğulluğunun artırılmasıdır. Sənaye Parkının prioritet istiqamətləri tikinti materiallarının istehsalı, kənd təsərrüfatı məhsullarının qablaşdırılmasının, meyvə-tərəvəz konservlərinin, ət, süd, yem, gübrə istehsalının və emalının, xidmət sahələrinin, soyuducu kameraların təşkilidir.

Sahibkarlıq fəaliyyətinin inkişafı üçün burada dövlət tərəfindən əlverişli investisiya mühiti yaradılıb. Parkda ümumi investisiyalarının həcmi 312 milyon manatdan çox olan 32 sahibkarlıq subyektinə rezidentlik, 5 sahibkara isə qeyri-rezidentlik statusu verilib. Artıq investorlar tərəfindən Sənaye Parkına 142 milyon manat sərmayə yatırılıb, 970-ə yaxın daimi iş yeri yaradılıb. İşlə təmin edilənlərin çoxu Ağdam və ətraf rayonların sakinləridir. Sənaye Parkının rezidentləri tərəfindən istehsal olunmuş 945 milyon manat dəyərində məhsul satışı həyata keçirilib ki, bunun da 39,5 milyon manatlıq hissəsi ixrac edilib.

Ruslan Eyyubov bu maddələrlə  İttiham olunur like
  • 23 Dek 16:08  
Digərləri Ruslan Eyyubov bu maddələrlə İttiham olunur

Bir qədər əvvəl barəsində həbs qətimkan tədbiri seçilən iş adamı Ru

arrow Ətraflı
"Aləm qarışıb birbirinə, bu, faciəyə gətirib çıxarır" like
  • 23 Dek 16:00  
Şou-biznes "Aləm qarışıb birbirinə, bu, faciəyə gətirib çıxarır"

Xalq artisti Eyyub Yaqubov səsləndirdiyi fikirlərlə müzakirələrə səbəb

arrow Ətraflı
"Dedi ki, 8 min manat ver, kanalımda veriliş apar" like
  • 23 Dek 15:49  
Şou-biznes "Dedi ki, 8 min manat ver, kanalımda veriliş apar"

Aparıcı və prodüser Sayqa Cahid sosial şəbəkədə maraqlı açıqlama ver

arrow Ətraflı
Tanınmış iş adamı Ruslan Eyyubov həbs edildi like
  • 23 Dek 15:45  
Digərləri Tanınmış iş adamı Ruslan Eyyubov həbs edildi

5 milyon manatlıq siqaret qaçaqmalçılığı ilə bağlı aparılan istintaq

arrow Ətraflı
Bir vəkil kollegiyadan xaric edilib, 3 vəkilə xəbərdarlıq olunub like
  • 23 Dek 15:34  
Digərləri Bir vəkil kollegiyadan xaric edilib, 3 vəkilə xəbərdarlıq olunub

Yol verilən intizam pozuntularına görə 1 vəkil Vəkillər Kollegiyasıında

arrow Ətraflı
İlham Əliyev “Xankəndi1” elektrik yarımstansiyasının açılışında iştirak edib like
  • 23 Dek 15:28  
Siyasət İlham Əliyev “Xankəndi1” elektrik yarımstansiyasının açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də Xankən

arrow Ətraflı
Canlı yayımda rəzillik: “Uşaq sənin deyil” like
  • 23 Dek 15:10  
Digərləri Canlı yayımda rəzillik: “Uşaq sənin deyil”

Türkiyənin reytinqli "Müge Anlı ilə Tatlı Sert" verilişində ca

arrow Ətraflı
Prezident Xankəndidə Qarabağ Universitetinin Mühəndislik fakültəsinin binasının təməlini qoyub like
  • 23 Dek 14:54  
Siyasət Prezident Xankəndidə Qarabağ Universitetinin Mühəndislik fakültəsinin binasının təməlini qoyub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də Xankən

arrow Ətraflı
Özəl məktəblərin illik ödənişləri – ən ucuz 2,500, ən baha 54,900 AZN like
  • 23 Dek 14:51  
Digərləri Özəl məktəblərin illik ödənişləri – ən ucuz 2,500, ən baha 54,900 AZN

Azərbaycanda özəl məktəblərin illik təhsil haqları məlum olub.

arrow Ətraflı
Müğənnilərin yeni il qiymətləri  15 min manat  SİYAHI like
  • 23 Dek 14:47  
Şou-biznes Müğənnilərin yeni il qiymətləri 15 min manat SİYAHI

Yeni il gecəsi toy və şənliklərində ölkəmizin tanınmış müğənnilər

arrow Ətraflı