Prezident Ağdam Sənaye Parkında “Saloğlu Qarabağ” MMCnin istehsal müəssisəsinin təməlini qoyub FOTO
Siyasət 23 Dek 2025 16:16:00 57 0
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də Ağdam Sənaye Parkında "Saloğlu Qarabağ" MMC-nin istehsal müəssisəsinin təməlini qoyub.
Son.az xəbər verir ki, "Saloğlu Qarabağ" MMC-nin təsisçisi Tacəddin Mustafayev dövlətimizin başçısına yeni yaradılacaq müəssisə haqqında məlumat verdi.
Bildirildi ki, müəssisə Ağdam Sənaye Parkında 1 hektar ərazidə yaradılacaq. Burada mebel, o cümlədən müxtəlif çeşiddə qonaq və yataq otağı dəstləri, yumşaq və metal mebel aksesuarlarının istehsalı üzrə zavodun qurulması nəzərdə tutulur. İstehsal prosesində Türkiyə, Almaniya və Çin texnologiyalarından istifadə olunacaq. Zavodun istehsal gücü illik 4 min dəst mebel və 6 min ədəd metal mebel aksesuarı olacaq. Məhsullar daxili bazarın tələbatını ödəməklə yanaşı, ixrac da ediləcək. İnvestisiya dəyəri 8 milyon manat olan müəssisənin qurulmasına İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu tərəfindən güzəştli kredit ayrılması nəzərdə tutulub. Müəssisə sənaye parkının rezidentlərinə verilən bütün vergi və gömrük güzəştlərindən yararlanacaq. Burada 50 nəfərlik daimi iş yerinin yaradılması planlaşdırılır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də Ağdam
Bir qədər əvvəl barəsində həbs qətimkan tədbiri seçilən iş adamı Ru
Xalq artisti Eyyub Yaqubov səsləndirdiyi fikirlərlə müzakirələrə səbəb
"Böyük Qayıdış" Proqramı bu gün dünya miqyasında ən uğurla
Aparıcı və prodüser Sayqa Cahid sosial şəbəkədə maraqlı açıqlama ver
5 milyon manatlıq siqaret qaçaqmalçılığı ilə bağlı aparılan istintaq
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də Xocalı
Yol verilən intizam pozuntularına görə 1 vəkil Vəkillər Kollegiyasıında
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də Xankən
Çoxunun "rasşotnoy" adlandırdıqları son haqq-hesab işəgötürə
Dekabrın 23-də Bakı Hərbi Məhkəməsində Ermənistan Respublikası vətən
Türkiyənin reytinqli "Müge Anlı ilə Tatlı Sert" verilişində ca
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də Xankən
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də Xankən
Azərbaycanda özəl məktəblərin illik təhsil haqları məlum olub.
