İncə görünmək üçün korset taxanlara xəbərdarlıq
Digərləri 03 Dek 2025 06:06:00 65 0
Son dövrlər ideal bədən silueti trendi ilə korsetlər, bədən formalaşdıran bodilər və sıxıcı kolqotlar gündəlik geyimə daxil olub. Lakin, onlar sağlamlıq üçün zərərlidir.
Bu xəbəri də oxu: Ən dadlı 4 pendirli pizza hazırlanması
Son.az xəbər verir ki, Perm Politexnik Universitetinin "HimBio" Elmi-Tədqiqat Mərkəzinin farmakologiya üzrə məsləhətçisi, tibb elmləri namizədi Sergey Solodnikov bildirir ki, hətta elastik materiallardan hazırlanan korsetlər də uzun müddət geyindikdə orqanizmə təsirsiz ötüşmür. Dekorativ korsetlər diafraqmanı və ağciyərlərin alt hissəsini sıxaraq tam nəfəs almanı çətinləşdirir. Bu isə bədəndə oksigen çatışmazlığına, yüngül başgicəllənmədən tutmuş ürək fəaliyyətinin pozulmasına qədər nəticələrə səbəb ola bilər.
Həddindən artıq sıxışma qarın boşluğunda qida həzminin ləngiməsinə, mikrofloranın pozulmasına, qəbizlik və iltihabi proseslər riskinin artmasına yol açır. Uzun müddət korset geyinmək bel əzələlərini zəiflədərək duruşu poza, nevroloji ağrılara və ürək-damar sisteminə əlavə yük gətirə bilər. Bundan başqa, dəridə qıcıqlanma, sızanaq və xoralar əmələ gələ bilər.
Sıxıcı bodilər də diqqətlə istifadə edilməlidir. Yanlış ölçü və ya uzun müddət geyinmək bədənin aşağı hissəsini sıxır, xüsusilə dar çanaqlı və ya xroniki ginekoloji xəstəlikləri olan qadınlar üçün riskli ola bilər. Solodnikovun sözlərinə görə, yüksək təzyiq uşaqlığın yerini dəyişə, menstrual dövrü poza, çanaq ağrılarına və çanaq dibi əzələlərinin zəifləməsinə səbəb ola bilər.
Bundan əlavə, sıx material limfa düyünlərinin yerləşdiyi əraziləri sıxır ki, bu da limfanın təbii axınını pozur, ödemə və detoks funksiyasının zəifləməsinə gətirib çıxara bilər.
İsmayıl Son.az
Kartof B6 vitamini ilə zəngin olduğundan sağlam qidalanmada mühüm yer tutu
Quru meyvələr arasında sağlamlıq baxımından ən çox diqqət çəkən mə
Həkimlər kabak (balqabaq növü) ilə bağlı ciddi təhlükələr barədə x�
Naringi qış mövsümünün ən çox istehlak olunan və faydalı meyvələrind
Soyuq, küləkli və dəyişkən hava şəraitində ürək sağlamlığını qor
Misir Prezidenti Əbdülfəttah əs-Sisi ölkəyə giriş vizasının məbləği
Türkiyənin Adana bölgəsində Esentepe qəsəbəsində yaşayan aztəminatlı
"Evde Tək" ("Home Alone") filminin aktyor heyətini onları
Keçən həftə Ukraynanın Qara dənizdə Rusiyaya məxsus tankerlərə zərbə
Naxçıvan Muxtar Respublikası səhiyyə nazirinin müavini, nazir vəzifələr
Xəbər verdiyimiz kimi, paytaxtın Binəqədi rayonunda bədbəxt hadisə baş
1-2 dekabr 2025-ci il tarixində Birləşmiş Millətlər Təşkilatının Təhs
Xəzər dənizinin sahilində 320-dən çox suiti cəsədi tapılıb.
Azərbaycanın hüquq-mühafizə orqanının polkovniki İlqar Quliyev vəfat ed
