Azərbaycan YUNESKOnun Komitəsinə seçildi
Siyasət 02 Dek 2025 23:03:00 66 0
1-2 dekabr 2025-ci il tarixində Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət üzrə Təşkilatının (YUNESKO) Silahlı münaqişələr zamanı mədəni mülkiyyətin mühafizəsi üzrə 1954-cü il Haaqa Konvensiyasının İkinci Protokoluna tərəf dövlətlərin 16-cı iclası keçirilib.
Bu xəbəri də oxu: Prezident: Azərbaycan Laos ilə əməkdaşlığın yeni məzmunla zənginləşməsinə xüsusi önəm verir
Son.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
İclas çərçivəsində Azərbaycan Respublikası YUNESKO-nun Silahlı Münaqişələr zamanı Mədəni Mülkiyyətin Qorunması üzrə Komitəsinə 2025-2029-cu illər üzrə üzv seçilib.
4 vakant yer uğrunda Azərbaycanla birgə 6 ölkə mübarizə aparıb. Rəqabət şəraitində keçirilmiş seçkilərin nəticəsində Azərbaycan səsvermənin ilk mərhələsində iştirak edən ölkələrin əksəriyyətinin səsini toplayıb.
Qeyd edək ki, sözügedən Komitə silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunmasını təmin etmək, 1954-cü il Haaqa Konvensiyasının və onun İkinci Protokolunun tələblərinə əməl olunmasına nəzarət etmək, habelə dövlətlərə bu sahədə texniki, hüquqi və institusional dəstəyin göstərilməsini təşviq etmək məqsədilə yaradılıb.
Azərbaycanın Komitəyə üzv seçilməsi, ölkəmizin mədəni irsin qorunması sahəsində beynəlxalq aləmdə formalaşmış müsbət imicinin, beynəlxalq platformalarda nümayiş etdirdiyi fəallığın və apardığı ardıcıl siyasətin göstəricisidir.
Azərbaycan daha əvvəl 2021-2025-ci illərdə Komitənin üzvü olub. Son.az
Xəzər dənizinin sahilində 320-dən çox suiti cəsədi tapılıb.
Azərbaycanın hüquq-mühafizə orqanının polkovniki İlqar Quliyev vəfat ed
Moskvada Rusiya və ABŞ rəsmiləri arasında danışıqlar davam etdiyi bir va
ABŞ-nin əvvəlki "28 maddəlik" sülh planı Ukrayna və Avropadakı
Ağ Evdə keçirilən kabinet iclasında ABŞ prezidenti Tramp Ukrayna-Rusiya m�
Paytaxtın Səbail rayonunda bıçaqlanma hadisəsi qeydə alınıb.
Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunda yeni r
Anestezioloq Sanni Nayi yuxusuzluğu vaxtında müəyyən etmək üçün sadə v
Yolun sağı ilə hərəkət edən yük avtomobilinə arxadan gələn minik maş
Xalq artisti Röya Ayxan növbəti açıqlaması ilə diqqət çəkib.
Rusiya Prezidenti Vladimir Putin ilə ABŞ prezidentinin xüsusi nümayəndəsi
Florensiyada aparılan yeni tədqiqat göstərir ki, gənc və klinik cəhətdə
4 pendirli pizza hazırlayarkən ən vacib məqam düzgün pendir balansını ta
Müğənni Leyla Rəhimli atası ilə danışmadığı üçün onu tənqid edən
Paytaxtın Binəqədi rayonunda bədbəxt hadisə baş verib.
