333 üsulu ilə insomnia olubolmadığınızı test edin
Digərləri 02 Dek 2025 22:11:00 62 0
Anestezioloq Sanni Nayi yuxusuzluğu vaxtında müəyyən etmək üçün sadə və təsirli üç üç üç metodunu təklif edib.
Bu xəbəri də oxu: Sabiq nazir vəfat etdi
Son.az xəbər verir ki, onun fikirləri "RuffPost" nəşri tərəfindən dərc olunub.
Nayinin izahına görə əgər insan həftədə ən azı üç gecə normal yata bilmirsə və bu hal üç ay davam edirsə, həmçinin gündəlik həyatın ən azı üç sahəsinə təsir göstərirsə, bu vəziyyət artıq sadə yorğunluq və ya rejim pozuntusu deyil. Bu halda həkimlər bunun yuxusuzluq olduğunu düşünür. Gündəlik təsirlərə yorğunluq, diqqətin zəifləməsi və əhval dəyişkənliyi kimi hallar daxildir.
Həkim yuxusuzluğun əsas səbəbləri kimi stressi, spirtli içki istifadəsini və yataq otağında rahat olmayan şəraiti göstərib. Problemin qarşısını almaq üçün o, müntəzəm fiziki fəaliyyətə vaxt ayırmağı, yataq otağının sərin və qaranlıq olmasına diqqət yetirməyi, sakit mühit yaratmağı və gündəlik rejimi qorumağı məsləhət görüb. Rahat yataq dəsti seçmək də vacib sayılır.
Nayi bildirib ki, yuxusuzluq yalnız yatmamaq deyil. Bəzən insan gecə yata bilər, lakin qaydaların pozulması səbəbindən əhvali zəifləyər, diqqəti azalır və iş qabiliyyəti aşağı düşür. Onun sözlərinə görə, ən çox yayılan yanlış fikir ondan ibarətdir ki, yuxusuzluq yalnız heç yatmamaq deməkdir.
Qeyd edək ki, insomniya insanın normal yatmaqda çətinlik çəkməsi halıdır. Bu vəziyyətdə insan ya yatmağa çətinlik çəkir, ya gecənin ortasında tez tez oyanır, ya da səhər çox tez oyanıb yenidən yata bilmir. Hətta yatsa belə, yuxu dərin olmur və insan özünü istirahət etmiş hiss etmir.
İsmayıl Son.az
Yolun sağı ilə hərəkət edən yük avtomobilinə arxadan gələn minik maş
Xalq artisti Röya Ayxan növbəti açıqlaması ilə diqqət çəkib.
Rusiya Prezidenti Vladimir Putin ilə ABŞ prezidentinin xüsusi nümayəndəsi
Florensiyada aparılan yeni tədqiqat göstərir ki, gənc və klinik cəhətdə
4 pendirli pizza hazırlayarkən ən vacib məqam düzgün pendir balansını ta
Müğənni Leyla Rəhimli atası ilə danışmadığı üçün onu tənqid edən
Paytaxtın Binəqədi rayonunda bədbəxt hadisə baş verib.
Sədərək yolunda avtomobilin yol hərəkəti qaydalarını kobud şəkildə po
Şair Nazilə Səfərli səsləndirdiyi açıqlaması ilə yenidən gündəmə g
Azərbaycanın enerji strategiyasında "yaşıl transformasiya" artıq
Bu gün Baku Marriott Hotel Boulevard-da Peşə Təhsili üzrə Dövlət Agentli
Beynəlxalq Muğam Mərkəzində Cahangir Cahangirov adına Xor Xalq şairi Bəx
Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında neon estetikasın
Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma
