Bəxtiyar Vahabzadənin 100 illiyinə həsr olunan "Səninlə dünyada bəxtiyaram mən" adlı ədəbimusiqili proqram təqdim edilib FOTO


Kriminal 02 Dek 2025 18:29:00 75 0

Bəxtiyar Vahabzadənin 100 illiyinə həsr olunan "Səninlə dünyada bəxtiyaram mən" adlı ədəbimusiqili proqram təqdim edilib  FOTO

Beynəlxalq Muğam Mərkəzində Cahangir Cahangirov adına Xor Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illiyinə həsr olunan "Səninlə dünyada bəxtiyaram mən" adlı ədəbi-musiqili proqram təqdim edib. Xalq artisti Mehriban Zəkinin aparıcılıq etdiyi tədbir ədəbiyyat və musiqinin həmahəngliyi ilə tamaşaçılara xoş ovqat bəxş edib. 

Konsertdə Cahangir Cahangirov adına Xorun bədii rəhbəri, Əməkdar müəllim Təranə Yusifovanın rəhbərliyi ilə kollektiv müxtəlif musiqi janrlarını - muğam, estrada, klassik bəstəkar yaradıcılığı və caz elementlərini özündə birləşdirən geniş repertuar təqdim edib. Şairin sözlərinə unudulmaz bəstəkar Emin Sabitoğlunun bəstəsi olan "Azərbaycan" əsəri ilə başlanan  konsert proqramı azərbaycan bəstəkarlarının şairin sözlərinə bəstələdiyi dillər əzbəri olan mahnılarla davam edib. Gecə boyu Azərbaycan Milli Konservatoriyası nəzdində İncəsənət Gimnaziyasının Xoreoqrafiya şöbəsinin yuxarı sinif şagirdlərindən ibarət rəqs kollektivinın çıxışı tədbirə  xüsusi rəng qatıb. Xalq artisti Mehribam Zəkinin ifasında şairin poeziyasından nümunələr gecənin bədii xəttini daha da zənginləşdirib. Teatrallaşmış şəkildə təqdim edilən musiqi nömrələri, şairin  məşhur şeirləri ilə vəhdət təşkil edərək  tamaşaçılara Bəxtiyar Vahabzadənin bir daha Azərbaycan ədəbiyyatı tarixinin xüsusi mövqeyə malik görkəmli simalarından biri olduğunu nümayiş etdirib. Konsert boyunca xorun və solistlərin ifasında "Biri sənsən, biri mən", "Dodaqda gəz", "Gecələr bulaq başı", "Sən güldən də gözəlsən", "Sənin vüqarın mənəm", "Bir millət, iki dövlət", "Ana torpaq" kimi əsərlər də səsləndirilib. İfaları Əməkdar artist Nərgiz Əliyeva (piano), Səxavət Məmmədov (tar), Yusuf Rüstəmov (nağara), Röyal Heydərli (saz), Hüseyn Ələkbərli (balaban) və Mahir Quliyev (kamança) müşayiət edib.  Xalq şairi, tanınmış dramaturq, ədəbiyyatşünas və ictimai xadim, Dövlət mükafatları laureatı Bəxtiyar Vahabzadənin 100 illiyinə həsr edilən ədəbi- musiqili gecə şairin Azərbaycan ədəbiyyatının xüsusi mövqeyə malik görkəmli simalarından olduğunu, poeziyasının insanı daim mənəvi ucalığa səslədiyini, poetik-fəlsəfi məzmunlu yaradıcılığı milli poeziyada vətəndaşlıq ruhunun qüvvətlənməsində böyük rol oynadığını musiqi və şeirin dili ilə nümayiş etdirib.  İnformasiya dəstəyi -  Trend.Az, Day.Az, Son.az

Özünə 2 milyon dollara EV ALDI like
  • 02 Dek 18:00  
Şou-biznes Özünə 2 milyon dollara EV ALDI

Məşhur türkiyəli aktrisa Hande Erçel Rivada özünə yeni ev alıb.

arrow Ətraflı
Sosial şəbəkələrdə trend olan arıqlama iynələri  Gözəllik, yoxsa gizli təhlükə? like
  • 02 Dek 17:50  
Digərləri Sosial şəbəkələrdə trend olan arıqlama iynələri Gözəllik, yoxsa gizli təhlükə?

Sosial şəbəkələrdə arıqlama iynələrinin istifadəsinin artması ilə ba

arrow Ətraflı
Baş nazirdən XİNlə bağlı qərar like
  • 02 Dek 17:49  
Digərləri Baş nazirdən XİNlə bağlı qərar

Xarici İşlər Nazirliyinin kollegiyası üzvlərinin sayı və tərkibi təsdi

arrow Ətraflı
Ruben Vardanyanın məhkəməsində zərərçəkmiş şəxslərin ifadələri dinlənilib like
  • 02 Dek 17:31  
Siyasət Ruben Vardanyanın məhkəməsində zərərçəkmiş şəxslərin ifadələri dinlənilib

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əley

arrow Ətraflı
Sumqayıtda nəqliyyat sistemi dəyişir: Yeniliklər nədir? like
  • 02 Dek 17:30  
Digərləri Sumqayıtda nəqliyyat sistemi dəyişir: Yeniliklər nədir?

Sumqayıt Dəmiryol Vağzalı qarşısında yeni yaradılan nəqliyyat mübadil�

arrow Ətraflı
Federika Moqerini Belçikada saxlanıldı  Tender qalmaqalı böyüyür like
  • 02 Dek 17:27  
Dünya Federika Moqerini Belçikada saxlanıldı Tender qalmaqalı böyüyür

Belçikada polis Avropa İttifaqının Xarici siyasət və təhlükəsizlik məs

arrow Ətraflı
"Elşad Xose mənim adıma kreditə telefon götürüb, ödənişini ETMƏYİB" like
  • 02 Dek 17:24  
Şou-biznes "Elşad Xose mənim adıma kreditə telefon götürüb, ödənişini ETMƏYİB"

Aktyor İlkin Həsəni reper Elşad Xose ilə bağlı qalmaqallı açıqlama ver

arrow Ətraflı
Gələn il Novruz bayramı ilə əlaqədar 7 gün iş olmayacaq like
  • 02 Dek 17:19  
Digərləri Gələn il Novruz bayramı ilə əlaqədar 7 gün iş olmayacaq

Gələn il Novruz bayramı ilə əlaqədar ardıcıl 7 gün qeyri-iş günü ola

arrow Ətraflı
2026cı ilin bayram günləri açıqlandı  QƏRAR like
  • 02 Dek 17:13  
Digərləri 2026cı ilin bayram günləri açıqlandı QƏRAR

2026-cı il üçün Novruz, Ramazan və Qurban bayramları günləri müəyyən

arrow Ətraflı
"Porsche"lər Rusiyada bloklandı like
  • 02 Dek 17:10  
Digərləri "Porsche"lər Rusiyada bloklandı

Rusiyada "Porsche" avtomobillərinin bloklanması qeydə alınıb.

arrow Ətraflı
Sabah qaz olmayacaq  10:00dan... like
  • 02 Dek 17:08  
Digərləri Sabah qaz olmayacaq 10:00dan...

Sabah Sumqayıt şəhərinin və Xəzər rayonunun bir hissəsinin qaz təchizat

arrow Ətraflı
Pensiyaçılar üçün 245 manat, uşaqlar 260...  Milli Məclis qəbul etdi like
  • 02 Dek 17:03  
Digərləri Pensiyaçılar üçün 245 manat, uşaqlar 260... Milli Məclis qəbul etdi

Milli Məclis 2026-ci ilin dövlət büdcəsi zərfinə daxil olan "Azərba

arrow Ətraflı