Putindən xəbərdarlıq: Avropa müharibəyə başlasa...
Digərləri 02 Dek 2025 23:52:00 43 0
Keçən həftə Ukraynanın Qara dənizdə Rusiyaya məxsus tankerlərə zərbə endirməsi bölgədə gərginliyi yenidən yüksəldib. Müharibədə barış perspektivlərinin müzakirə olunduğu bir dövrdə baş verən bu hücumlar, qarşıdurmanın tezliklə bitməyəcəyinə dair siqnallar kimi qiymətləndirilir.
Bu xəbəri də oxu: Azərbaycanda yumurtanın qiyməti bahalaşıb? AÇIQLAMA
Son.az xəbər verir ki, hadisədən bir neçə gün sonra Putin yeni açıqlama verərək həm Ukraynanı, həm də Avropanı hədələyib. O, vurğulayıb: "Ukraynanın obyektlərinə və gəmilərinə qarşı hücumlarımızı gücləndirəcəyik. Ukraynaya yardım edən ölkələrin tankerlərinə qarşı addımlar atacağıq."
Putin çıxışında Avropaya da mesaj göndərib: "Əgər Avropa döyüşmək istəyirsə, biz buna tam hazırıq."
28 noyabrda Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyinin məlumatına görə, VIRAT adlı tanker Qara dənizdə təxminən 35 dəniz mili məsafədə zərbə alıb. Hadisə yerinə xilasetmə qrupları və yaxınlıqdakı kommersiya gəmiləri yönləndirilib.
Nazir Abdulkadir Uraloğlu bildirib ki, tanker gəmisindəki 20 nəfərlik heyətin vəziyyəti yaxşıdır.
30 noyabr tarixli açıqlamada isə gəminin çəkilmə əməliyyatının davam etdiyi və Türkeli Limanına aparılmasının planlaşdırıldığı qeyd olunub.
Daha sonra tanker xüsusi şirkətə məxsus yedək gəmisi ilə hadisə yerindən çıxarılaraq dünən Qara dənizin Sarıyer açıq sularına gətirilib. Lalə Qüdrətova Son.az
Naxçıvan Muxtar Respublikası səhiyyə nazirinin müavini, nazir vəzifələr
Xəbər verdiyimiz kimi, paytaxtın Binəqədi rayonunda bədbəxt hadisə baş
Xəzər dənizinin sahilində 320-dən çox suiti cəsədi tapılıb.
Azərbaycanın hüquq-mühafizə orqanının polkovniki İlqar Quliyev vəfat ed
Moskvada Rusiya və ABŞ rəsmiləri arasında danışıqlar davam etdiyi bir va
ABŞ-nin əvvəlki "28 maddəlik" sülh planı Ukrayna və Avropadakı
Ağ Evdə keçirilən kabinet iclasında ABŞ prezidenti Tramp Ukrayna-Rusiya m�
Paytaxtın Səbail rayonunda bıçaqlanma hadisəsi qeydə alınıb.
Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunda yeni r
Anestezioloq Sanni Nayi yuxusuzluğu vaxtında müəyyən etmək üçün sadə v
Yolun sağı ilə hərəkət edən yük avtomobilinə arxadan gələn minik maş
Xalq artisti Röya Ayxan növbəti açıqlaması ilə diqqət çəkib.
Rusiya Prezidenti Vladimir Putin ilə ABŞ prezidentinin xüsusi nümayəndəsi
Florensiyada aparılan yeni tədqiqat göstərir ki, gənc və klinik cəhətdə
4 pendirli pizza hazırlayarkən ən vacib məqam düzgün pendir balansını ta
