"Peyğəmbər kimi adamam, inanmayan peşman olacaq"


Kriminal 20 Mar 2025 21:52:00 65 0

"Peyğəmbər kimi adamam, inanmayan peşman olacaq"

Masallı rayonunda ötən ilin mayında qisas məqsədilə törədilən qətlin məhkəməsi hökmsüz başa çatıb.

Son.az bildirir ki, "qafqazinfo"nun məlumatına görə təqsirləndirilən şəxsin psixoloji vəziyyəti ona cəza təyin edilməsini mümkünsüz edib.

Hadisə ötən ilin may ayında Qasımlı kəndində yerləşən kafelərin birində baş verib. Dəhşətli cinayətin tərəfləri isə eyni kəndin sakinləri- təqsirləndirilən Aslan Ağazadə və mərhum Semur Alışanovdur. Hadisə vaxtı Aslan 30, Semur isə 53 yaşında olub.

Cinayət ani mübahisədən doğmayıb. Araşdırmanın nəticələrindən və Aslanın istintaqa verdiyi ifadələrdən hadisənin səbəbi aydın olub. Aslan Semura düz 9 il nifrət bəsləyib və illərlə ondan qisas alacağı günü gözləyib.

Məlum olub ki, Aslan və Semur uzun illər Rusiyada yaşayıb və onların düşmənliyi də həmin vaxtdan başlayıb. 9 il əvvəl Aslanın əmisi Semurla ailə məsələsinə görə mübahisə edib, mübahisə nəticəsində sonuncu onu bıçaqlayıb. Hadisədən sonra həmin şəxs istintaqdan yayınmaq məqsədilə Azərbaycana qayıdıb.

Aslan isə Semurun əmisinə qarşı hərəkətlərini qəbul etməyib, o vaxtdan qisas almaq arzusu ilə yaşayıb. 

Semur sonralar yenidən Rusiyaya qayıtsa da, orada həbs edilib. Bu səbəbdən Aslan qisas almaq üçün illərlə gözləmək məcburiyyətində qalıb.

İllər sonra Rusiya-Ukrayna müharibəsi başlayanda onlar ikisi də Azərbaycana qayıdıb.

Aslan fürsətdən istifadə edərək cinayət planını qurmağa başlayıb. Günlərlə fikirləşdikdən sonra dostu Xanmuradı da bu plana cəlb edib. Xanmurad Aslana Semuru öldürməkdə kömək edəcəyini vəd edib. Bundan sonra qətl üçün silah əldə etmək qalıb. Aslan qohumlarından birinə məxsus ov tüfəngini gizli yolla ələ keçirib. Əlavə olaraq bıçaq da hazırlayıb və Semurla üzləşəcəyi günü gözləyib.

Rusiyada başlayan ədavətin Azərbaycandakı sonu- Qətl günü

Növbəti gün Xanmurad verdiyi vədə əməl edərək Semura zəng edib və onu çay içmək üçün kafeyə çağırıb. Bəlli vaxtda Aslan da ora gəlib.

İstintaq materiallarında yazılıb ki, Aslan kafedəki digər insanların da təhlükə ilə üzləşə biləcəyini düşünmədən Semurun əyləşdiyi stola yaxınlaşıb və onu ürəyindən güllələyib. Daha sonra isə müstəsna qəddarlıq göstərərək yaralıya son nəfəsini verənə qədər bıçaq zərbələri endirib.

Cəlilabadda ana doğuşdan sonra öldü like
  • 20 Mar 21:40  
Digərləri Cəlilabadda ana doğuşdan sonra öldü

Cəlilabadda ana doğuşdan sonra ölüb.

arrow Ətraflı
Bayramı qeyd etməyə getmişdi  Ailə faciəsi like
  • 20 Mar 21:20  
Digərləri Bayramı qeyd etməyə getmişdi Ailə faciəsi

Biləsuvarda babasıgilə Novruz bayramını qeyd etməyə gedənuşaq ağır x�

arrow Ətraflı
“Fransa terrorçuların inkubatoruna çevrilib” like
  • 20 Mar 21:11  
Dünya “Fransa terrorçuların inkubatoruna çevrilib”

"Fransanın terrorçuların inkubatoruna çevrildiyini söyləmək mübali�

arrow Ətraflı
Hamilə qadınların nəzərinə! like
  • 20 Mar 21:00  
Digərləri Hamilə qadınların nəzərinə!

Hamiləlik dövründə ana kifayət qədər qidalanmadıqda və ya yemək yeyə

arrow Ətraflı
Şara ikinci dəfə də Berbokun əlini sıxmaqdan imtina etdi like
  • 20 Mar 20:48  
Dünya Şara ikinci dəfə də Berbokun əlini sıxmaqdan imtina etdi

Almaniya xarici işlər naziri Annalena Berbok Suriyaya səfər edib.

arrow Ətraflı
Bayramda çox şəkərbura, paxlava yeməyin zərərləri like
  • 20 Mar 20:36  
Digərləri Bayramda çox şəkərbura, paxlava yeməyin zərərləri

Şəkərbura və paxlava Azərbaycanın ən məşhur şirniyyatları sırasına

arrow Ətraflı
Bakıda "F10" lar 14 min manatdan satışa çıxarılır  Tarix like
  • 20 Mar 20:12  
Digərləri Bakıda "F10" lar 14 min manatdan satışa çıxarılır Tarix

Azərbaycanda bir sıra dövlət qurumlarına məxsus nəqliyyat vasitələri h�

arrow Ətraflı
Türkiyədə Tiktoka giriş məhdudlaşdırılıb? like
  • 20 Mar 20:00  
Digərləri Türkiyədə Tiktoka giriş məhdudlaşdırılıb?

Martın 19-dan etibarən, Türkiyədə istifadəçilər TikTok və YouTube platf

arrow Ətraflı
Rusiya Azərbaycana “Rus evi” ilə bağlı təkliflər təqdim edib like
  • 20 Mar 19:52  
Dünya Rusiya Azərbaycana “Rus evi” ilə bağlı təkliflər təqdim edib

Rusiya Bakıdakı "Rus evi" ətrafında yaranmış vəziyyətin həlli

arrow Ətraflı
Rusiyada türk seriallarının yayımlanması qadağan edilir? like
  • 20 Mar 19:41  
Digərləri Rusiyada türk seriallarının yayımlanması qadağan edilir?

"Rusiya veteranları" ictimai hərəkatı Roskomnadzor, Dövlət Dumas

arrow Ətraflı
Türkiyəli jurnalistlərin Ermənistana səfərinin pərdəarxası like
  • 20 Mar 19:31  
Siyasət Türkiyəli jurnalistlərin Ermənistana səfərinin pərdəarxası

Son dövrlər qardaş Türkiyədən bir sıra jurnalistlərin Ermənistana səf�

arrow Ətraflı
Yuxuda səməni görməyin mənası like
  • 20 Mar 19:30  
Digərləri Yuxuda səməni görməyin mənası

Səməni bolluq, bərəkət, yenilənmə və yeni başlanğıcların simvoludur.

arrow Ətraflı
İlham Əliyevlə Şavkat Mirziyoyev arasında telefon danışığı olub like
  • 20 Mar 19:24  
Siyasət İlham Əliyevlə Şavkat Mirziyoyev arasında telefon danışığı olub

Martın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Özbə

arrow Ətraflı
İmamoğlunun səlahiyyətlərini icra edəcək şəxs bəlli oldu like
  • 20 Mar 19:20  
Digərləri İmamoğlunun səlahiyyətlərini icra edəcək şəxs bəlli oldu

İstanbul bələdiyyəsi sədri vəzifəsini icra edəcək şəxs məlum olub.

arrow Ətraflı
Baharda bu bürcün taleyi kökündən dəyişəcək like
  • 20 Mar 19:15  
Digərləri Baharda bu bürcün taleyi kökündən dəyişəcək

Astroloqlar 2025-ci ilin yaz aylarında talehin tamamilə dəyişəcəyi yeganə

arrow Ətraflı