İlham Əliyevlə Şavkat Mirziyoyev arasında telefon danışığı olub
Siyasət 20 Mar 2025 19:24:00 73 0
Martın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev arasında telefon danışığı olub.
Bu xəbəri də oxu: Türkiyəli jurnalistlərin Ermənistana səfərinin pərdəarxası
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi və qardaş Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib, xalqımıza firavanlıq və xoşbəxtlik arzulayıb.
Təbrikə görə təşəkkürünü bildirən dövlətimizin başçısı da öz növbəsində Özbəkistan Prezidentinə və qardaş özbək xalqına ortaq mədəniyyətimizin, milli-mənəvi dəyərlərimizin, adət-ənənələrimizin təcəssümü olan Novruz bayramı münasibətilə təbriklərini çatdırıb, ruzi-bərəkət və firavanlıq arzu edib.
Telefon söhbəti zamanı qardaş xalqlarımızın iradəsindən irəli gələn Azərbaycan-Özbəkistan strateji müttəfiqlik münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etməsindən, dövlət başçıları tərəfindən qarşıya qoyulan tapşırıqların ardıcıl surətdə icrasından və əməkdaşlığımızın gücləndirilməsi üçün birgə layihələrin həyata keçirilməsindən məmnunluq ifadə olunub. Bu xüsusda ticarət dövriyyəsinin artması, maşınqayırma, tekstil, elektrotexnika, enerji, aqrar, turizm və bir çox digər sahələrdə icra olunan layihələr qeyd edilib.
Azərbaycan və Özbəkistan prezidentləri qarşılıqlı maraq doğuran məsələlər və gələcək təmaslar barədə fikir mübadiləsi aparıblar.
Xəbərə aid video
İstanbul bələdiyyəsi sədri vəzifəsini icra edəcək şəxs məlum olub.

Astroloqlar 2025-ci ilin yaz aylarında talehin tamamilə dəyişəcəyi yeganə

Xətai Sənət Mərkəzində Shatu art group tərəfindən təşkil olunan "

Rusiyanın Vladivostok vilayətində avtobus sürücüsü şəhərin mərkəzind

Türkiyəli aktyor Yalçın Dümer 15 ildən sonra ekrana qayıdır.

M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsind�

İran hakimiyyəti ABŞ prezidenti Donald Trampın İslam Respublikasının ali

Güclü külək Beyləqanda yas mağarını uçuraraq evin dam örtüyünə çı

Rəqqasə Renka (Rəna Ağamuradova) paylaşımı ilə diqqət çəkib.

Xəbər verdiyimiz kimi, bir neçə gündür Ermənistan ordusu təmas xəttind�

Xəbər verdiyimiz kimi, Gədəbəy rayonu ərazisində yerləşən xidmət yeri
