Türkiyəli jurnalistlərin Ermənistana səfərinin pərdəarxası


Siyasət 20 Mar 2025 19:31:00 62 0

Türkiyəli jurnalistlərin Ermənistana səfərinin pərdəarxası

Son dövrlər qardaş Türkiyədən bir sıra jurnalistlərin Ermənistana səfəri və bu səfər zamanı edilən açıqlamalar Azərbaycan ictimaiyyətində haqlı olaraq qəzəb doğurub. Türkiyə mediasının bəzi nümayəndələrinin Paşinyan hakimiyyətinin yalançı propaqandasına tribuna yaratması nəinki qınanmalıdır, həm də sərt şəkildə pislənməlidir.

Türkiyə jurnalistlərinin Ermənistana səfəri zamanı baş verənlər açıq şəkildə qərəzli və təxribat xarakterli idi. Türkiyənin aparıcı media qurumlarından olan CNN Türk kanalının və dövlətin rəsmi kanalı sayılan TRT World nümayəndələrinin bu səfərdə iştirak etməsi xüsusilə diqqətçəkicidir.

Səfərdə iştirak etmiş CNN Türk kanalının sahibi Dəmirörən qrupunun Azərbaycanda geniş iqtisadi maraqları var. Bu şirkət lotereya biznesi də daxil olmaqla, müxtəlif sahələrdə Azərbaycanda fəaliyyət göstərir və böyük gəlir əldə edir. Lakin eyni Dəmirörən qrupunun rəhbərlik etdiyi media orqanının Ermənistanın baş naziri Nikol Paşinyanın propaqandasına tribuna çevrilməsi təkcə xəyanət deyil, həm də qardaş ölkənin strateji maraqlarına zərbədir. 

Azərbaycanda qazandığı pulla Ermənistanın yalanlarına xidmət etmək açıq-aşkar riyakarlıq və satqınlıqdır.

Azərbaycan mediası Şimali Kiprdə dəfələrlə reportajlar hazırlayıb, yerli rəhbərlikdən müsahibələr alıb. Azərbaycan mediasının Yunan Kiprində oxşar addım atdığını təsəvvür edək. Bu, qardaş Türkiyənin siyasi maraqlarına açıq təxribat olardı və Ankaranın buna sərt reaksiya verməsi qaçılmaz idi. Elə isə niyə Türkiyə mediasının bəzi təmsilçiləri eyni xəyanətkar addımı Azərbaycana qarşı atır?

Daha acınacaqlısı isə dövlət kanalı olan TRT World-un bu prosesə qoşulmasıdır. TRT World təkcə Türkiyə deyil, bütün Türk dünyasının səsini dünyaya çatdırmalı olan bir media qurumudur. Bu kanalın Ermənistan səfərində iştirakı və Paşinyan hakimiyyətinin mövqeyini dünyaya yayması Türkiyə dövlətinin rəsmi siyasətinə qarşı çıxmaq deməkdir.

Türkiyə-Ermənistan sərhədində humanitar məqsədlə müvəqqəti keçid məntəqəsinin açılması xəbərləri də səfərlə paralel yayılıb. Bunun arxasında duran məqsədlər isə qaranlıqdır. Bu hadisə Azərbaycan və Türkiyə arasında strateji əməkdaşlığı pozmağa yönəlmiş yeni təxribat planının bir hissəsidir. Belə bir keçid məntəqəsinin açılması nə üçün zərurətə çevrilib? Zəngəzur dəhlizi tam açılmamış Türkiyə-Ermənistan sərhədində belə bir "dəhliz"in yaradılması nəyə xidmət edir?

Bu hadisələrin arxasında Ermənistana simpatiya bəsləyən və "hepimiz ermeniyiz" deyə qışqıran satqın çevrələrin dayandığı şübhə doğurmur. Bu cür təxribatçı dairələr Azərbaycanın haqq davasına kölgə salmaq, İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan arasında mövcud olan möhkəm münasibətləri sarsıtmaq üçün əllərindən gələni edirlər.

Azərbaycan və Türkiyə qardaşlığının sarsılmaz təməlləri var. İki ölkənin strateji ittifaqına qarşı yönəlmiş bu cür xain addımlar nəinki yolverilməzdir, həm də sərt şəkildə ifşa edilməlidir. Ermənistanın yalançı propaqandasına tribuna verənlər, Paşinyan hakimiyyətinə haqq qazandıranlar Azərbaycan xalqının qəzəbindən yayınmayacaq. Hər kəs bilməlidir ki, bu cür satqınlıqlar nə Azərbaycanın haqq mübarizəsini, nə də Türkiyə-Azərbaycan qardaşlığını zəiflədə biləcək.

Türkiyə mediasının məsuliyyətli nümayəndələri bu cür səfərlərə qatılan həmkarlarını ifşa etməli və Azərbaycan-Türkiyə qardaşlığına qarşı edilən bu xain addımların cavabını verməlidirlər.

Ümumiyyətlə, Zəngəzur dəhlizi açılıbmı ki, Türkiyədən də belə "dəhliz" açılır?

Elçin Alıoğlu

Yuxuda səməni görməyin mənası like
  • 20 Mar 19:30  
Digərləri Yuxuda səməni görməyin mənası

Səməni bolluq, bərəkət, yenilənmə və yeni başlanğıcların simvoludur.

arrow Ətraflı
İlham Əliyevlə Şavkat Mirziyoyev arasında telefon danışığı olub like
  • 20 Mar 19:24  
Siyasət İlham Əliyevlə Şavkat Mirziyoyev arasında telefon danışığı olub

Martın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Özbə

arrow Ətraflı
İmamoğlunun səlahiyyətlərini icra edəcək şəxs bəlli oldu like
  • 20 Mar 19:20  
Digərləri İmamoğlunun səlahiyyətlərini icra edəcək şəxs bəlli oldu

İstanbul bələdiyyəsi sədri vəzifəsini icra edəcək şəxs məlum olub.

arrow Ətraflı
Baharda bu bürcün taleyi kökündən dəyişəcək like
  • 20 Mar 19:15  
Digərləri Baharda bu bürcün taleyi kökündən dəyişəcək

Astroloqlar 2025-ci ilin yaz aylarında talehin tamamilə dəyişəcəyi yeganə

arrow Ətraflı
"Hüsnünə aşiq" adlı qrup sərgisi açıldı  FOTO like
  • 20 Mar 19:14  
Kriminal "Hüsnünə aşiq" adlı qrup sərgisi açıldı FOTO

Xətai Sənət Mərkəzində Shatu art group tərəfindən təşkil olunan "

arrow Ətraflı
Avtobusu saxlayıb, yolun ortasında namaz qılan sürücü cəzalandırıldı like
  • 20 Mar 19:05  
Digərləri Avtobusu saxlayıb, yolun ortasında namaz qılan sürücü cəzalandırıldı

Rusiyanın Vladivostok vilayətində avtobus sürücüsü şəhərin mərkəzind

arrow Ətraflı
15 il sonra ekrana qayıdır  FOTO like
  • 20 Mar 18:55  
Şou-biznes 15 il sonra ekrana qayıdır FOTO

Türkiyəli aktyor Yalçın Dümer 15 ildən sonra ekrana qayıdır.

arrow Ətraflı
“O, axmaqdır” like
  • 20 Mar 18:45  
Dünya “O, axmaqdır”

"Əvvəlki prezident Co Bayden ABŞ-ın Ukraynaya yardımının həcmini an

arrow Ətraflı
Ukraynanın ilk Baş naziri öldü like
  • 20 Mar 18:42  
Dünya Ukraynanın ilk Baş naziri öldü

Ukraynanın ilk Baş naziri Vitold Fokin vəfat edib.

arrow Ətraflı
Filarmoniyada Dövlət Kamera Orkestrinin konserti keçirilib  FOTO like
  • 20 Mar 18:39  
Kriminal Filarmoniyada Dövlət Kamera Orkestrinin konserti keçirilib FOTO

M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsind�

arrow Ətraflı
"İran tezliklə Trampa cavab verəcək" like
  • 20 Mar 18:34  
Dünya "İran tezliklə Trampa cavab verəcək"

İran hakimiyyəti ABŞ prezidenti Donald Trampın İslam Respublikasının ali

arrow Ətraflı
Filiz Küçüktepe vəfat etdi like
  • 20 Mar 18:32  
Şou-biznes Filiz Küçüktepe vəfat etdi

Tütkiyəli aktrisa Filiz Küçüktepe vəfat edib.

arrow Ətraflı
Külək yas mağarını UÇURDU  FOTO like
  • 20 Mar 18:18  
Digərləri Külək yas mağarını UÇURDU FOTO

Güclü külək Beyləqanda yas mağarını uçuraraq evin dam örtüyünə çı

arrow Ətraflı
Renka marketdə oyun çıxardı  VİDEO like
  • 20 Mar 18:13  
Şou-biznes Renka marketdə oyun çıxardı VİDEO

Rəqqasə Renka (Rəna Ağamuradova) paylaşımı ilə diqqət çəkib.

arrow Ətraflı
Erməni hərbçilər bu dəfə pişiklə təxribat törətdilər – FOTO like
  • 20 Mar 18:10  
Digərləri Erməni hərbçilər bu dəfə pişiklə təxribat törətdilər – FOTO

Xəbər verdiyimiz kimi, bir neçə gündür Ermənistan ordusu təmas xəttind�

arrow Ətraflı