Digərləri
2023-02-26 07:11:00
Kinbek xəstəliyi insanın sümük toxumasının strukturunu dəyişməsi nəticəsində əmələ gələn xəstəlikdir. Xəstəlik onu ilk dəfə kəşf edən avstryalı həkim Kinbekin şərəfinə adlandırılmışdır. Xəstəlik sümük toxumasının əriməsi nəticəsində oynaq sümüklərinin tam və ya hissəvi məhv olmasıdır. Xəstəliyin əmələ gəlməsinə sümük toxumasının müxtəlif travmalar nəticəsində nekroz toxumayla əvəz edilməsi səbəb olur. Kinbek xəstəliyinin klinikası osteoxondropatiyaların klinikasına bənzəyir. Xəstəlik zamanı xəstə sümük toxuması yerləşən nahiyyədə ağrı hissi, ağırlıq hissi, gərginlik, zəiflik hiss edir. Zədələnmiş sümük toxuması olan hissə ağırlığa davam gətirmir. Əgər əl və ya qol nahiyyədə xəstəlik əmələ gələrsə, həmin hissədə olan qolun yük götürmə qabiliyyəti olmur. Sakitlik şəraitində belə həmin sümüklərdə qəfil ağrılarla rastlaşmaq olur. Xəstəliyin dərəcəsi nə qədər ağır olursa, olsun dəri toxumasında heç bir patologiya görünmür. Xəstəliyə diaqnoz qoymaq üçün rentgenoqrafiyanın nəticələri əsas götürülür. Rentgendə xəstəliyə uğramış sümükləri deformasiyası, kiçilməsi və kövrəkləşməsi görünür, sümük toxumasının struktur dəyişikliyə uğraması aydınca hiss olunur. Kinbek xəstəliyinə tutulan adamlar qəfil hərəkət etdikləri zaman sümüklərində sınmalar və çatlamalar baş verir. Sümük toxumasında baş verən bu xəstəliyin diaqnozi vaxtında müəyyən edilərsə, müxrəlif fizioteratevtik müalicələrlə və dərman müalicəsi ilə xəstəliyin irəliləmə sürətini azaltmaq mümkün olur. Əgər xəstəlik irəliləmişsə, xəstəyə fiziki aktivlik zamanı diqqətli olmaq tapşırılır. Sınıqlar meydana gəldiyi zaman gips sarğısı tərtib edilir.
2023-02-26 07:01:00
Böyrəkdaşı xəstəliyinin əsas əlamətləri aşağıdakılardır: - böyrək sancısı - hematuriya - piuriya - kiçik daşların öz-özünə düşməsi. Xəstəliyin gedişində sancıların növü və sancıarası dövrləri qeyd etmək lazımdır. Böyrəkdaşı xəstəliyi zamanı xəstələrin bel nahiyyəsində ağrılar baş verir ki, bu da sidik yollarında sidiyin normal hərəkətinin pozulması nəticəsində baş verir. Ağrının intensivliyi urodinamikanın pozulmasının dərəcəsindən asılıdır. Böyrəklərdə olan iri daşlar (mərcanvari daşlar) adətən küt xarakterili ağrılarla xəstələri narahat edir. Bunun səbəbi belə daşların sidik axınının qarşısını almamasıdır. Kiçik daşlar isə sidik axınının qarşısını aldığı üçün daha çox ağrının olmasına səbəb olur. Ağrılar adətən sancı şəklində olub xəstəyə əzab verir. Böyrək sancıları çox vaxt daşın sidik axarına düşməsi nəticəsində baş verir. Sancılar birdən-birə başlayır, bel nahiyyəsindən tutur və sidik axarı boyu cinsiyyət orqanlarına doğöru irradiasiya edir. Ağrılar baş verən zaman xəstədə aşağıdakı əlamətlər özünü göstərir: - tez-tez ağrılı sidiyə getmə - ürəkbulanma - qusma - köpmə - defekasiya aktının ləngiməsi. Sancı baş verən zaman xəstə çox narahat olur, özünə yer tapmır. Hətta ağrıların şiddəti bəzən elə olur ki, çox vaxt böyrək sancılarının qarşısını almaq üçün xəstələrə narkotik vururlar. Böyrəkdaşı xəstəliyi zamanı arabir ağrılar sakitləşir və sonradan yenidən güclənir. Sakitləşmə axarda ilişən daşın tərpənərək yığılıb qalmış sidiyin axmasına səbəb olduğu zaman baş verir. Böyrəkdaşı xəstəliyi zamanı xəstələrin bel nahiyyəsini döyəclədikdə ağrılar artır. Sidik axarı ətrafları əllədikdə isə güclü ağrı simptomları meydana çıxır. Böyrəkdə sancıların olması daşlar yerindən tərpənən vaxt baş verir. Bəzən sancılardan sonra xırda daşların tökülməsi də müşahidə edilir. Böyrək daşları düşən zaman sidik yollarının selikli qişasını zədələdikldə hematuriya əmələ gəlir. Əksər hallarda kələ-kötür oksalat daşları düşən zaman hematuriya baş verir. Böyrəkdaşı xəstələrinin 13%-də daş düşən zaman heç bir əlamət olmur. Belə hallarda daş təsadüfən rentgen və ya USM-lə müayinə zamanı aşkar edilir.
2023-02-26 06:01:00
Böyrəklərin bəzi kəskin və xroniki xəstəlikəri ölümlə nəticələnə bilir. Sidikdə mikroalbuminlərin olması böyrəklərin zədələnmsinin başlıca əlamətlərindən biridir. Azərbaycanda mikroalbuminlər səbəbli böyrək zədələnməsinin səbəbi hələdə aydınlaşdırılmayıb. Klinikaya müraciət edən xəstələrin əksəriyyətinin analizlərindaə mikro və makroalbuminlərin və sidikdə kreatinin miqdarının normadan çox olması aşkarlanmışdır (Özəl tibbi mərkəz "Medservis"-də). Xəstəlik sidik analizlərini könüllü və həkim təyinatı vasitəsilə göndərilən pasiyentlərin əksəriyyətində aşkar olunmuşdur. Bakıda yerləşən "Medservis" özəl klinikası mikroalbuminlərin olmasını aşağıdakı üsulla yoxlayır: Pasiyentin səhər sidiyi NykoCard Reader II (Axis-Shield, Norveç, İngiltərə) analizatoru vasitəsilə yoxlayır. Sidikdə kreatinin miqdarı isə laboratoriyamızda Virtos (Johnson &Johnson, ABŞ) analizatorunda yoxlanılır. Nəticələr bunlardır: 2015-2016-cı illərdə sidikdə mikroalbuminlərin və kreatinin miqdarı 86 pasiyetntdən 13% kişilərdə, 87% 30 yaşlı qadınlarda (33,37±1,5yaş) normada olmayıb. Sidikdə mikroalbuminin və kreatinin göstəricilərinin ürəkaçan olmaması Bakı əhalisinin əksəriyyətində böyrək xəstəliklərinin olması deməkdir. Biz bu nəticəyə gəldik ki, səhər sidiyində kreatinin və albumunun olması Azərbaycan ərazisində yaşayanların əksəriyyətinin xroniki böyrək xəstəliyi olmasının göstəricisidir.
2023-02-26 05:01:00
Mütəxəssislərin heablamaları 5 uşaqdan birində allergiyanın olduğunu qeyd edir. Allergiyanın əmələ gəlməsinə səbəb olan amillərdən biri də uşaqların düzgün qidalanmamasıdır. Sizlərə uşaqlarda allergiyaya səbəb olan 8 qida növünün adını təqdim edirik. Bu siyahı allergiya uzmanı professor-doktor Yonca Nuhoğlunun analara təqdim etmək istədiyi qida maddəsidir: 1. Şiriniyyatlar. Tərkibindəki qatqı və marqarin yağları, müxtəlif rənglər şirniyyatları dadlı etməsinə baxmayaraq uşaqlarda mədə-bağırsaq problemləri və allergiya yarada bilir. 2. Acı, ədviyyatlı və istiotlu qidalar. Acı, istiotlu və ədviyyatlı qidalar azyaşlı uşaqlar üçün gizli təhlükə mənbəyi sayılır. Qırmızı bibər qatılmış souslu qidalar və çərəzlər uşaqlar üçün əsil təhlükə mənbəyi hesab edilir. 3. Bal. Bal təbiətdən gələn ən gözəl nemətlərdən hesab edilsə də, uşaqlarda allergiyaya səbəb ola biləcək qidalar sırasındadır. 4. Ketçup. Pomidor uşaqların ən çox sevdiyi tərəvəzlərdəndir. Təbii yollarla bostanda yetişdirilmiş pomidorun heç kimə zərəri dəyməz. Amma marketlərdə satılan ketçup və pomidor sousları müxtəlif qatqılardan hazırlandığı üçün uşaqlarda allergiyaya səbəb olur. 5. Mayonez. Mayonez tərkibində olan yağlar sayəsində mədənin fəaliyyətini ləngidir. Bu ən çox allergik astmalı xəstələrdə patologiyaların artmasına səbəb ola bilir. Mayonezlər azyaşlı uşaqların qidasında tez-tez yer aldıqda allergiyanın baş verməsinə səbəb olur. 6. Çipsı. Çox miqdar yağ və kaloriyə malik çipslər uşaqlarda allergiyaya səbəb olan qidaların siyahısında ön sıralardan birində durur. Çipsi uşaqlarda həm piylənməyə, həm də allergik astmaya səbəb olur. 7. Marqarin. Marqarin və bəzi bitki tərkibli yağların uşaq qidalarında həddindən artıq istifadəsi allergiyanın baş verməsinə səbəb olan amillərdən biri hesab edilir. 8. Şokolad. Uşaqlarım dadbilmə qabiliyyəti çox tez inkişaf edir və bu səsəbdən onlar dadlı qidalara qarşı daha çox meyilli olurlar. Bu cür qidalardan biri də şokoladdır. Şokoladın tərkibində insanın əhval-ruhiyyəsini yüksəldən endorfin var. Buna görə də əksər insanlar şokoladı çox sevir. Normasında qəbulu uşaqlar üçün faydalı sayılsa da, şokoladdan çox istifadə edən uşaqlarda allergiya əmələ gəlir.
2023-02-26 04:03:00
Orqanizmdə baş verən revmatik proses 5% halda böyrəklərin zədələnməsi ilə baş verir. Bu zaman böyrək zədələnməsi vaskulit formasında müşahidə olunur. Revmatizmin aktiv fazasında damarların iltihabı prosesi nəticəsində onların keçiriciliyi artır. Əsas dəyişikliklər paycıq arteriyalarında və gətirici yumşaq arteriolasında baş verir. Sonrakı dövrdə isə onlarda sklerotik dəyişikliklər başlayır. İzolə olunmuş sidik sindromu revmatizm zamanı ən çox təsadüf olunan simptomdur. Amma kəskin revmatizmdə streptokokk infeksiyası dövründə kəskin böyrək zədələnməsi, keçici infeksion nefrit formasında olur. Təkrari revmatik hücumlardan sonra latent nefrit baş verə bilir ki, bu zaman mülayim, daimi sidik sindromu müşahidə olunsa da, xəstələrdə heç bir şikayət olmur. Bu sindromlara aiddir: - proteinuriya - mikrohematuriya. Reaktiv diffuz qlomerulonefrit, bütün qlomerulonefrit növlərinin arasında 1% təşkil edir. Bu zaman böyrəklərin qatılaşdırma funksiyası enir, nefroskleroz baş verir. Çox hallarda revmatik nefriti ürək çatışmamazlığı nəticəsində baş verən durğun böyrək sindromundan ayırmaq lazım gəlir. Durğun böyrək üçün xarakterikdir: - eritrosituriya - sidik əlamətlərinin qeyri-stabil olması. Revmatizm xəstələrinin 1/3 hissəsində böyrək infarktı tapılır. Revmatizm ilə xəstələrdə böyrək simptomları, bəzən davamlı septik endokardit ilə əlaqədar olur. Xəstəliyə diaqnozun qoyulması çətinlik törətmir. Müalicə: Revmatizm səbəbli böyrək zədələnməsi zamanı ilk növbədə revmatizm müalicə olunur. Böyrəklərdəki patologiyaların aradan qalxması üçün kiçik doza kortikosteroidlərdən istifadə olunur.
2023-02-26 03:03:00
Mukoroz göbələklər tərəfindən törədilən infeksion xəstəlikdir. Xəstəlik Mucor adlanan göbələklər tərəfindən törədilir. Mukoroz dəri, dərialtı toxuma, burun, qulaq, göz, ağciyər, bronxlar, mədə-bağırsaq sistemi, qaraciyər, böyrək və sinir sisteminin zədələnmələri ilə müşayiət olunan xəstəlikdir. Mukoroz dünyanın hər bölgəsində rast gəlinən bir xəstəlikdir. Mukorozu törədən göbələk mikroblarına istənilən yerdə rast gəlmək olur. Bu göbələklərə ən çox qida məhsullarında, havada rast gəlmək olur. Mukoroz xəstəliyinə yoluxmaq üçün aşağıdakı adamlar risk altındadır: * meyvə və tərəvəz anbarlarında işləyənlər * immuniteti zəif olanlar * xroniki ürək-damar xəstələri * xroniki ağciyər xəstələri * geniş spekterli antibiotik qəbul edənlər * tez-tez kəskin respirator virus xəstəliklərinə tutulanlar * AİDS xəstələri * xroniki şəkərli diabet xəstələri * triotoksikoz xəstələri * avitaminozdan əziyyət çəkənlər. Xəstəlik residivlərlə və ya xroniki baş verir. Xəstəliyin diaqnozu vaxtında qoyularsa, sağalma müşahidə edilə bilər. Amma mərkəzi sinir sistemi zədələnmişsə, onun bərpası 70% hallarda mümkün olmur. Xəstəlik insana mukoroz göbələkləri olan hava ilə nəfəs aldıqda yoluxur. Xəstəlik insandan insana yoluxmur. Göbələyin sporları havadan bronxlara, oradan alveollara, alveollardan da bronx-ağciyərlər sisteminə daxil olur. Orada artıb çoxalaraq qan vasitəsilə bütün orqanizmə yayılır və daxili orqanları, mərkəzi sinir sistemini və dərialtı piy toxumasını xəstələndirir. Mukoroz göbələyi ilə xəstələnmiş adam nəfəs alıb verdikcə ağzından çıxan sporlu hava burunun kənarlarına dəydikcə dəridə bəzi dəyişikliklər yaradır. Xəstəliyin ağırlıq dərəcələrinə görə aşağıdakı formaları var: * yüngül dərəcəli nukoroz * orta dərəcəli mukoroz * ağır dərəcəli mukoroz. Mukoroz yayılma dərəcəsinə görə 2 növü var: 1. Lokal forma - kiçik həcmli yerdə baş verən zədələnmə. 2. 2 və daha artıq orqanın zədələnməsi ilə gedən forma. Mukoroz özünü yüksək temperatur, baş ağrıları, halsızlıq, yaddaşın və əmək qabiliyyətinin azalması, yorğunluq, ürəkbulanma, qusma əlamətləri ilə göstərir. Xəstənin burnu tutulmuş, ətrafı qızarmış olur, xəstədə çətin və bəlğəmli öskürək, boğulma və təngnəfəslik baş verir. Xəstəlik daxili orqanlara da yayılmışsa, xəstədə ürəkbulanma, iştahanın pozulması, ishal, qarında ağrılar müşahidə edilir. Xəstəlik sinir sistemini zədələmişsə, tez-tez hıçqırma, qusma, qıcolmalar və huşun itməsi baş verir. Xəstəlik dərini zədəldikdə dəridə səpgilər, qızartılar, irinli proseslər, eroziyalar, yaralar əmələ gəlir. Mukoroz qulağı zədələdikdə karlıq meydana çıxır. Xəstəliyə diaqnoz qoymaq üçün qanın ümumi analizləri, sidiyin ümumi analizi, biokimyəvi analizlər, rentgen, UZİ, MRT-nin analizləri və onurğa beynin punksiyası lazım gəlir.
2023-02-26 02:02:00
Bəzi xəstəliklər vardır ki, onlar böyrəklərin fəaliyyətini korlayır və onun süzmək qabiliyyətini zəiflədir. Belə xəstəliklərə şəkərli diabet, yüksək arterial təzyiq, qlomerulanefrit, vaskulit, böyrəklərin polikistozu aiddir. Bunlardan başqa böyrəklərin fəaliyyətinin pozulmasına kəskin böyrək xəstəlikləri, ağır travmalar, keçirilmiş ağır əməliyyatlar, ürək pristupları da səbəb ola bilir. Hemodializ qanın xüsusi filtir vasitəsilə təmizlənmə üsuludur. Hemodializ zamanı qanın müəyyən hissəsi zərərli maddələrdən təmizlənir. Xəstə düzgün göstərişlə hemodializ olunarsa, 10 illərlə müalicə ala bilər. Əgər xəstə ona tövsiyə olunan rejimə əməl edərsə və tibbi məsləhətləri yerinə yetirərsə, o öz iş qabiliyyətini saxlaya bilər. Hemodializ, böyrəklərinin süzmək qabiliyyəti olmayan xəstələrin son ümidi sayılır, risk faktorları da mövcuddur. Hemodializ olunan xəstələrdə arterial təzyiq aşağı düşür, dəridə qaşınmalar baş verə bilir. Arterial təzyiqin düşməsi səbəbindən xəstələrdə təngnəfəslik meydana çıxır, əzələlərdə spazmlar, ürəkdöyünmə və qusma baş verə bilir. Damarlarda baş verən spazmlar bəzən hemodializin sürətini və intensivliyini ləngidə bilir. Qaşınma. Bir çox xəstələrdə hemodializ zamanı qaşınmalar müşahidə olunur. Qaşınmalar prosedur baş verən zaman və ya ondan sonra baş verə bilir. Ağrı. Bəzi xəstələrin əzələlərində ağrılar baş verə bilir. Ağrı ən çox ayaq əzələlərində baş verir və xəstə gəzməkdə çətinlik çəkir. Anemiya. Xəstələrin qanında qırmızı qan hüceyrələrinin miqdarı azaldığı üçün hemodializdən sonra onlarda anemiya müşahidə edilir. Böyrək çatışmazlığı qırmızı qan hüceyrələrinin əmələ gəlməsinə səbəb olan eritropoetin hormonunun funksiyasını pozduğuna görə xəstələrin əksəriyyətində anemiya hemodializə qədər də müşayiət olunur. Sümük sisteminin xəstəlikləri. Böyrəklər öz normal funksiyalarını yerinə yetirə bilmədikdə orqanizmdə D vitamininin sorulması prosesi də pozulur. Bu zaman kalsi mübadiləsi də korlanır ki, nəticədə sümüklər kövrəkləşir. Arterial təzyiq. Böyrək çatışmazlığının törətdiyi patologiyalardan biri də arterial təzyiqin yüksək olmasıdır. Xəstələrin normadan artıq duz və maye qəbul eləməsi vəziyyəti daha da çətinləşdirir. Arterial təzyiqin yüksək olması xəstənin insult və ya ürək xəstəliyinə tutulmasına səbəb ola bilər. Perikardit. Hemodializin intensiv və lazımi qaydada olmaması perikarditə səbəb ola bilir. Bu zaman ürək qanı normada və lazımi miqdarda vurub çatdıra bilmir və ürəkdə durğunluq əmələ gəlir.
2023-02-26 01:31:00
İnsanlar bəzən etdiklərinə, bəzənsə etmədiklərinə görə peşman olurlar. Lakin bəzi insanlar daha sadə səbəblərdən təəssüf hissi keçirirlər və bu peşmanlıq uzun müddət davam edir.
2023-02-26 01:01:00
Süd allergiyası uşaq allergiya xəstəlikləri arasında tez-tez rast gəlinən növlərindən biridir. Süd allergiyası orqanizmin immun sisteminin süd və süd məhsulları qəbul edilən zaman əmələ gələn patologiyadır. Bu patologiya bütün məməli heyvanların südü içilən zaman baş verir. Allergiyanın baş verməsinə südün tərkibində olan zülal və laktoza səbəb olur. Zülal və laktozanın orqanizm tərəfindən qəbul edilməməsində isə immun sistemlə yanaşı, mədə-bağırsaq problemlərinin də olması böyük rol oynayır. Allergiya əlamətləri süd içildikdən bir-neçə dəqiqə və ya bir-neçə saat sonra meydana çıxmağa başlayır. Bu zaman aşağıdakı simptomlar meydana çıxır: - ürəkbulanma - qusma - dəridə qızartılar - ishal - qarında sancılar - soyuqdəymə əlamətləri - gözdən yaş gəlmə - dəridə qaşınmalar - ağız boşluğunun kənarında qızartılar - bəzən təngnəfəslik. Süd allergiyası anafilaktik şokun baş verməsinə də səbəb ola bilir. Bunun baş verməməsi üçün analardan uşaqlarına qarşı diqqətli olmaq tələb olunur. Çünki süd allergiyası qoz və araxisə olan allergiyalardan sonra üçüncü yerdə durur. Əgər analar öz azyaşlı uşaqlarında süd qəbulu zamanı xoşagəlməyən bir hal hiss edirlərsə, onda mütləq həkimlə məsləhətləşməlidirlər. Bu onların övladlarının gələcəkdə baş verə biləcək ağırlaşmalardan qoruya bilər. Xəstəliyə diaqnozun qoyulması çətinlik törətmir, belə ki, bir az diqqətli olmaq süd allergiyasının diaqnozunun qoyulmasına səbəb olur. Müalicə ilk növbədə süd və süd məhsullarının qidadan çıxarılmasından ibarət olur. Bəzən belə uşaqlarda tərkibində süd və süd məhsulları olan müxtəlif qidalar da allergiya əmələ gətirə bilir. Bu zaman həmin qida məhsullarınıda uşaqlardan uzaq tutmaq lazım gəlir. Müalicə zamanı pəhrizə diqqət və antihistamin preparatların qəbulu allergiyanın aradan qalxmasına səbəb olur.
2023-02-26 00:31:00
Son.az Kulis.az-a istinadən Milli Qəhrəman, kəşfiyyatçı baş leytenant Vəzir Orucov haqqında maraqlı faktları təqdim edir.
2023-02-26 00:01:00
Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir
2023-02-25 23:49:00
Stilist Kristin Nikolson insanların ən çox iyrəndiyi qarderob əşyalarının adını çəkib.
2023-02-25 23:40:00
Tibbdə skipidar vannalar müxtəlif xəstəliklərin müalicəsində istifadə edilir.
2023-02-25 23:03:00
Son.az yazıçı-kulturoloq Aydın Xan Əbilovun Oxu.Az-a müsahibəsini təqdim edir:
2023-02-25 22:51:00
Qadınların həyatında ən önəmli dövrlərdən biri də hamiləlikdir. Hamilə qadınların ən çox əziyyət çəkdikləri hal isə ürəkbulanmasıdır. Ürəkbulanma əsasən, hamiləliyin V-VI həftəsində başlayır və daha çox səhərlər olur. Bu hal hamiləlik dövründə üç ay güclü şəkildə davam edir.
2023-02-25 22:38:00
Sabirabadın Moranlı kəndində baş verən yol qəzasında 4 nəfər xəsarət alıb.
2023-02-25 22:33:00
Qadınlarda yaranan demensiyanın qarşısının alınma yolları açıqlanıb.
2023-02-25 20:25:00
Səhiyyə Nazirliyinin mütəxəssis-esperti, həkim-pediatr Tərlan Əyyubov: Uşaqlarda yuxarı tənəffüs yollarının infeksion-iltihabı xəstəlikləri zamanı qulaq ağrıları daha çox müşahidə edilir
2023-02-25 18:59:00
Şakira Jerar Pikedən ayrıldıqdan sonra daha bir mahnı təqdim edib.
2023-02-25 18:20:00
Mütəmadi olaraq yuxu pozğunluğundan əziyyət çəkən insanların beyni 7 il tez qocalır. Yuxusuzluq insanı ruhi xəstəliyə aparan ən rahat və qısa yoldur. Buna görə də yuxusuzluq sindromunu tez bir zamanda yox etmək lazımdır.
2023-02-25 18:11:00
Kahramanmaraşda baş verən zəlzələ Adıyamanda bir kənddə evi bünövrəsindən 30 santimetr yüksəkliyə qaldırıb və 2 metr irəliyə sürükləyib.
2023-02-25 17:42:00
Fevralın 25-də "Mədəni müxtəliflikdə birlik: Azərbaycan nümunəsində" mövzusunda XIII Beynəlxalq Multikulturalizm Qış Məktəbinin bağlanış mərasimi keçirilib.
2023-02-25 16:20:00
Yapon dilindən tərcümədə "ölümsüzlük" mənasını verən qırmızı Reişi göbələyi bir çox dərdə çarədir.
2023-02-25 16:11:00
Dağıstanlı balaca Məhəmməd velosiped almaq üçün daxılına pul toplayırmış. Artıq 4500 rubl yığıbmış... Amma sonra fəlakət baş verdi - Türkiyədə və Suriyada zəlzələ minlərlə evi dağıtdı, on minlərlə insan həlak oldu. Və bunu bilən oğlan öz pulunu fəlakətdən zərər çəkənlərə kömək etmək qərarına gəldi.
2023-02-25 15:40:00
Dünya sosial şəbəkələrində Amerika brendi olan "MSCHF"yə məxsus qırmızı çəkmələr gündəm olub.
2023-02-25 15:20:00
Saçlar insanın orqanizmində vacib rol oynamasa da, görkəminə təsir edir. Bir çoxları isə keçəllikdən əziyyət çəkir. Təkcə qadınların yox, kişilərin də əhvalı onların saç düzümündən hiss olunur. Əhvalının hər zaman xoş olmasını istəyirsənsə, saçlarına sahib çıx. Saçlar niyə tökülür?
2023-02-25 15:11:00
Yaponiya sahillərində aşkar edilən naməlum obyektlə bağlı açıqlama verilib.
2023-02-25 14:40:00
Yaşlandıqca üz quruluşumuz zəifləyir. Bu dəyişiklikdən ən çox təsirlənən bölgələr adətən yanaqlar, qaşlar, göz ətrafı, gövdə və boyundur. Dəri yaşlandıqca birləşdirici toxuma nazikləşir və elastik liflər bir növ xarab olur. Beləliklə, üzümüz elastikliyini bir qədər itirir, sallanmağa və qırışmağa başlayır.