DİQQƏT! Uşağınızda bu problemlər varsa,
Digərləri 25 Fev 2023 20:25:00 294 0
Səhiyyə Nazirliyinin mütəxəssis-esperti, həkim-pediatr Tərlan Əyyubov: Uşaqlarda yuxarı tənəffüs yollarının infeksion-iltihabı xəstəlikləri zamanı qulaq ağrıları daha çox müşahidə edilir
Bu xəbəri də oxu: “Anadolu”nun əməkdaşı Qəzzada öldürüldü
Son.az Musavat.com-a istinadən həkim Tərlan Əyyubovun müsahibəsini təqdim edir:
- Tərlan müəllim, ilk öncə bilmək istərdik ki, körpələrin su rejimi necə olmalıdır?
- Əvvəla qeyd etmək istəyirəm ki, 1 yaşadək uşaqların suya olan tələbatları böyüklərdəki kimi deyil. Belə ki, suyun artıq verilməsi bu yaş qrupunda olan uşaqlara müəyyən problemlərə gətirib çıxara bilər. Körpələrin suya qarşı olan tələbatı bu yaş qrupunda ana südü və ya süni qida ilə tam qarşılanır. Çünki ana südünün və ya süni qidanın demək olar ki, təqribən 90%-i sudur və onlar həm qidaya, həm də suya olan tələbatı tam ödəmək iqtidarındadırlar. Bu nöqteyi nəzərdən də Ümumdünya Səhiyyə Təşkilatı istər təbii qidalanmada, istərsə də süni qidalanmada olan 6 ayadək uşaqlara su verilməsini məsləhət görmür.
6 aydan bir yaşadək uşaqlarda isə az-az olmaqla gün ərzində 60-100 ml qədər su verilə bilər. Bu suyun qidalardan əvvəl yox, sonra verilməsi məsləhətdir.
Bu yaşda əlavə su verilməsi sutkalıq qəbul olunmalı südün miqdarını azalda bilər, çünki mədə dolacaq, iştah azalacaq, nəticədə uşaq süd və ya süni qidanı qəbul etməyəcək və sonda böyümə üçün lazımi kalori və qida maddələrini almadığı üçün kütlə və vitamin, mineral defisiti yarana bilər və ya inkişafı yavaşlayar.
- Hansı faktorlar uşaqlarda bağırsağın motor funksiyasını pozur və qəbizliyə gətirib çıxarır?
- Aşağıda qeyd olunanlar qəbizliyi yaradan səbəblərə aiddir:
Qida rasionunun dəyişməsi. Bu bir çox hallarda 1 yaşadək uşaqların rasionuna yeni qidaların daxil olunması zamanı baş verir;
Rasionada asan həzm olunan şəkərlərin (şirniyyatlar, ağ çörək, şirələr, kompotlar, bişmişlər, un, xəmir məmulatları və s.) çox olması, qida liflərinin (meyvə, tərəvəz, göyərti və s.) az olması;
Kifayət qədər suyun qəbul edilməməsi də qəbizliyə gətirən amillərdən hesab olunur. Orqanizmdə su çatışmadıqda bədənimiz bağırsaq daxilindən onu sovurur və bu nəcis kütlələrinin özlülüyünün artmasına gətirir. Xüsusən çox tərləyən uşaqlar daha çox su içməlidirlər ki, orqanizmin su balansı pozulmasın;
Mexaniki bağırsaq keçməzliyi. Bura bağırsaqların bir-birinə dolaşması, törəmələr, qurd invaziyaları, bağırsaq daxili yad maddələr aid edilə bilər;
Türkiyədəki güclü zəlzələdə xeyli sayda yaxınını itirən Berke Kutay
Müğənni Yaşar Cəlilov paylaşımı ilə diqqət mərkəzinə düşüb.
Azərbaycan musiqisinin korifeylərindən olan Rəşid Behbudov 1968-ci ildə T�
İsmayıllı rayonunda 1988-ci il təvəllüdlü Cəlil ailə münaqişəsi zəm
Fevralın 24-də Kamera və Orqan Musiqisi zalının səhnəsində "Gə
"Türkiyə ilə sərhədlərimiz açılsa, Ermənistan Turanın bir parças
Güneyli milli fəal Abbas Lisani sürgünə məhkum edilməklə bağlı qərara
Şakira Jerar Pikedən ayrıldıqdan sonra daha bir mahnı təqdim edib.
Əməkdar artist Mətanət İsgəndərli estetik əməliyyat etdirəcəyini aç�
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikas�
Mütəmadi olaraq yuxu pozğunluğundan əziyyət çəkən insanların beyni 7 i
Kahramanmaraşda baş verən zəlzələ Adıyamanda bir kənddə evi bünövrəs