Digərləri
2023-02-25 12:50:00
Rusiya hava məkanında təyyarədə təhlükəli anlar yaşanıb.
2023-02-25 12:28:00
"Rusiya Çeçenistanda məcburi səfərbərlik həyata keçirir".
2023-02-25 12:24:00
Fevralın 26-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək.
2023-02-25 12:17:00
ARB telekanalında yayımlanan "Elgizlə izlə" proqramının ötən günkü buraxılışında maraqlı anlar yaşanıb.
2023-02-25 12:06:00
Türkiyənin İğdır şəhərində evdən narkotik tapılıb.
2023-02-25 11:31:00
"Anglo Asian Mining" (AAM) Gədəbəy rayonundakı yeni Zəfər yatağında qiymətli metalların ilkin həcmini açıqlayıb.
2023-02-25 11:28:00
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) xidmətlərinin elektronlaşdırılması, nəqliyyat sahəsində rəqəmsal transformasiyanın təmin edilməsi istiqamətində aparılan işlər çərçivəsində "biletim.az" portalına daha 3 məntəqə əlavə edilib.
2023-02-25 11:10:00
Dünən axşam saatlarında paytaxtın Ziya Bünyadov prospektində ağır yol-nəqliyyat hadisəsi baş verib.
2023-02-25 11:06:00
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ölkə ərazisində 12 yanğına çıxış və 3 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.
2023-02-25 11:00:00
Daşkənddə keçirilən 1-ci Özbəkistan-Azərbaycan Regionlararası Forumu çərçivəsində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Özbəkistanın İqtisadi İnkişaf və Yoxsulluğun Azaldılması Nazirliyi yanında Sahibkarlığın İnkişafı Agentliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.
2023-02-25 10:33:00
Naxçıvan Muxtar Respublikasının Ordubad Rayon Polis Şöbəsinə rəis təyin edilib.
2023-02-25 10:11:00
Bakıda ötən gün 1 nəfərin ölümü, 7 nəfərin xəsarəti ilə nəticələnən yol qəzası ilə bağlı cinayət işi başlanılıb.
2023-02-25 09:44:00
Paytaxtın Neftçilər prospekti boyunca Əziz Əliyev küçəsi ilə kəsişmədən Bülbül küçəsi ilə kəsişməsindək asfalt örtüyünün dəyişdirilməsi məqsədilə aparılan təmir bərpa işlərini nəzərə alıb 25-26 fevral tarixlərində həmin ərazilərdə mümkün qədər şəxsi avtomobillərdən az istifadə etməyi xahiş edirik.
2023-02-25 09:39:00
Kahramanmaraşda baş verən zəlzələlərin dağıntılara səbəb olduğu vilayətlərdə yeni yaşayış evlərinin tikiləcəyi ərazilər müəyyən edilib.
2023-02-25 09:17:00
Türkiyədə baş vermiş güclü zəlzələ nəticəsində zərər çəkərək ölkəmizə təxliyə edilən Azərbaycan vətəndaşları və onların digər ölkə vətəndaşı olan ailə üzvləri müvafiq səhiyyə müəssisələrində tibbi müayinə və müalicə olunduqdan sonra Sosial Xidmətlər Agentliyinin müvafiq sosial xidmət müəssisəsində reabilitasiyaya cəlb edilirlər.
2023-02-25 08:59:00
Kiçik sıyrıntılar təhlükə törətmir. Böyük yaralarda əgər arteriyalar zədənibsə güclü qanaxma yarana bilər. Ümumi məlumat: Yaranın növündən və yerləşməsindən asılı olaraq vətərlər və sinirlər də zədələnə bilər. Dərin yaralarda olan qanaxmalar tibbi müdaxilə tələb edir. Xarici qanaxamalardan başqa daxili orqanların qanaxmalarına rast gəlinir. Daxili qanaxmalara istənilən şübhə olduqda belə, mütləq tibbi yardıma müraciət etmək olar. Səbəbləri: Qanaxmalar yaralar, daxili orqanların zədələnməsi, özbaşına ola bilər. Özbaşına qanaxmalar müəyyən xəstəliklər, mədə-bağırsaq, sidik-cinsiyyət sisteminin xəstəlikləri zamanı ola bilər. Simptomları: Açıq qanaxmalarda açıq yaralarda qanaxma olur. Xəstədə travmatik şok ola bilər. Xəstədə soyuq tər, başgicəllənmə, nəbzin tezləşməsi, təngnəfəslik, huşun pozulması, zəiflik, diqqətin azalması qeyd olunur. Daxili qanaxmada qarında ağrı, qarnın köpməsi, nəcisdə qan və ya tünd nəcis, sidikdə qan, vaginal qanaxma, qanlı qusma aşkar olunur. Ağırlaşmaları: Ağırlaşmaları arterial təzyiqin aşağı düşməsi və şok ola bilər. Uzunmüddətli qanaxmalar zamanı dəmir defisitli anemiya inkişaf edır. Siz nə edə bilərsiniz: Şoka şübhə olduqda tibbi yardıma müraciət etmək lazımdır. Daxili qanaxmaya şübhə olduqda xəstə mütləq hospitalizasiya olunmalıdır.
2023-02-25 08:55:00
Kəskin intersistal nefrit bütün yaş qrupu olan adamlarda rast gəlinir. Xəstəlik müxtəlif səbəblərdən əmələ gələ bilir. Ən çox dərman qəbulu zamanı baş verir. Kəskin intersistal nefritin əmələ gəlməsinə səbəb olan dərman maddələri: - pensillin və onun yarımsintetik analoqları - aminqlükozitlər - sefalosporinlər - rifampisin - sulfanilamidlər - analgetiklər - immunodepressantlar - barbituratlar - sidikqovucular və s. Kəskin intersistal nefrit bir çox kimyəvi maddələrə qarşı orqanizmin artıq həssaslığı nəticəsində baş verir. Xəstəlik kimyəvi və toksik maddələrin, həmçinin bədənə vurulan zərdab, vaksin, müxtəlif zülali maddənin yeridilməsi nəticəsində baş verir. Bədənə daxil olmuş kimyəvi və ya toksik maddə böyrəyin kanalcıq membranının və intersistal toxumanın zülal strukturuna zədələyici təsiri nəticəsində xəstəlik əmələ gəlir. Sonra immun proses və humoral mexanizmlər də qoşulur. Kəskin intersistal nefritin etioloji faktoru olan yad cisimlər (antibiotik, kimyəvi agent, bakterial toksin, qızdırmadan əmələ gələn potoloji zülal, bədənə yeridilən zərdab və ya vaksina zülalı) qan axını vasitəsilə böyrəyə çatır, yumaqcıq filtirindən keçir, kanalcıq mənfəzinə daxil olur. Yad cism kanalcıqda rebsorbsiya olunur, kanalcığın bazal membranını, onun zülal strukturunu zədələyir. Membranın zülal strukturunun pozulması nəticəsində antigen əmələ gəlir. Anoloji hadisə intersistal toxumada da baş verərək antigenlər meydana çıxır. Xəstəlik zamanı yumaqcıq filtirasiyası azalır, kanalcıqlarda təzyiq artır və böyrəyin qabıq maddəsinin işemiyası baş verir. Kəskin intersistal nefrit xəstələrdə aşağıdakı patologiyaların baş verməsinə səbəb olur: - ümumi zəiflik - tərləmə - baş ağrısı - iştahanın azalması - ümumi intoksikasiya - öyümə - leykosituriya - anuriya - hipostenuriya - proteinuriya. Sidikdə baş verən dəyişikliklər bütün xəstəlik dövründə (2-4-8) müşahidə olunur. Qanın biokimyəvi müayinəsində C reaktiv zülal fibrinogenin yüksəlməsi, disproteinemiyanın artması qeyd olunur. Xəstəliyə diaqnozun qoyulması çox çətin olur. Diaqnozun qoyulmasını asanlaşdıran böyrək əlamətlərindən əvvəl keçirilmiş müxtəlif xəstəliklər zamanı qəbul olunan dərmanların anamnezinin öyrənilməsi durur. Böyrəklərdən alınan bioptatın histoloji müayinəsi ən etibarlı müayinə metodu hesab edilir. Kəskin intersistal nefritin proqnozu əksər hallarda qənaətbəxş olur. Əksər hallarda müalicə olunduqda xəstəliyin kliniki əlamətləri 2-4 həftədən yox olmağa başlayır. Kəskin intersistal nefrit vaxtında və düzgün müalicə olunmadıqda xroniki formaya keçir.
2023-02-25 08:51:00
Hemodializ ilk dəfə heyvanlar üzərində 1913-cü ildə həyata keçirilib və ekperimentin uğurlu nəticələri, prosedurun isanlar üzərində həyata keçirilməsinə bir stimul olub. Hemodializ süni böyrək aparatı vasitəsilə qanın tərkibində olan lazımsız molekulyar maddələrin təmizlənməsidir. Hemodializ zamanı qanda həyat üçün əhəmiyyətsiz, zərərli maddələr müxtəlif analizlər vasitəsilə təmizlənir. Bu prosedur zamanı qanda olan kalloidlər, həll olmayan bitki və heyvan mənşəli yağlar, zülallar süni böyrək aparatından keçərkən təmizlənir və ya həll olunur. Hemodializ bir sözlə qanın yuyulması deməkdir ki, bu da süni böyrək aparatı vasitəsilə həyata keçirilir. Bu zaman qanın tərkibində olan toksinlər xaric olur, plazmanın tərkibində olan lazımi zülallar isə qalır. Dializin müvəffəqiyyətlə həyata keçirilməsi xroniki və kəskin böyrək çatışmazlığından əziyyət çəkən xəstələrin həyatlarına davam etməsinə səbəb olur. Mütəxəssislərin hesablamalar ına görə 1 milyon əhalidən 150-nin hemodializə ehtiyacı böyrək xəstəliklərinin ağırlaşmalarına görə, 20-25-nin isə zəhərlənmə səbəbli ehtiyacı olur. 1 milyon əhalidən 50-si xroniki böyrək çatışmazlığı üzündən hemodializ olunur. Xroniki böyrək çatışmazlığından əziyyət çəkən xəstələrin 1 ildə 100 hemodializə ehtiyacı olur. Bu da hemodializ mərkəzlərinə ehtiyacın olduğunu göstərir. Hemodializə müxtəlif şoklar, allergik reaksiyalar, ağır infeksiyalar, ağır zəhərlənmələr zamanı da ehtiyac duyula bilər. Kəskin böyrək çatışmazlığı zamanı bir-neçə dəfə dializ proseduru həyata keçirilsə xəstəlik tamamilə sağala bilər. Zəhərlənmələr zamanı hemodializ həyata keçirilərsə bütün toksinlər orqanizmdən xaric olunur. Hemodializə ehtiyacın olub-olmamasına həkim qərar verir və bu prosedur xüsusi mərkəzlərdə nəzarət altında həyata keçirilir.
2023-02-25 08:46:00
Xroniki böyrək çatışmazlığının müalicə üsullarından biri də diri donordan və ya meyitdən böyrəyin köçürülməsidir. Amma böyrəkköçürmədən sonra həyatın keyfiyyəti və reablitasiya dərəcəsi periton dializi və hemodializ alan xəstələrə nisbətən daha yüksəkdir. Böyrəkköçürmədən sonra 79% xəstələr praktiki normal həyat yaşayırlar, halbuki bu göstərici ambulator periton dializi alan xəstələr üçün 47%, proqram hemodializi alan adamlarda 59% təşkil edir. Böyrəkköçürmə əməliyyatı aşağıdakı xəstəliklər zamanı məsləhət görülür: - xroniki qlomerulpnefrit - hipertonik nefroangioskleroz - böyrək polikistozu - diabetik nefropatiya. Transplant böyrək 1/3 halda diri donordan, qalan hallarda meyitdən götürülür. Meyit böyrəyi donoru əvvəlki dövrdə sağlam olmuş şəxs olmalı, qəza nəticəsində baş beynin geriqayıtmaz zədələnməsini almış insanlar olur. Bütün onkoloji xəstələr, baş beynin ilkin şişlərindən başqa donor kimi işə yaramırlar. Müalicə olunmamış bakterial, göbələk, virus infeksiyaları da donorluğa əks göstərişdir. Uzun müddətli hipertoniya və ürəyin dayanması nəticəsində işemiya orqanı transplantasiya üçün yararsız edir. Anamnezində uzun müddətli şəkərli diabet, ürək-damar xəstəlikləri olan xəstələr donor olmaq istədikdə hərtərəfli yoxlanılmalıdırlar. Diri donordan böyrəkköçürmə daha üstünlüklərə malikdir. Transplantasiyadan 1 il sonra diri donordan götürülmüş transplantın yaşaması, meyit donora nisbətən 10-15% yaxşı nəticə verir. Donor adətən 16 - 65 yaşlarında, sağlam olmalıdır. Arterial təzyiq, şəkərli diabet, ürək-damar xəstəlikləri olan adamlar donorların siyahısına salınmırlar.
2023-02-25 08:41:00
Bədənin bir hissəsində olan səpgilər və qızartılar hansısa bir xəstəliyin səbəbi ola bilər. Bu səpgilər diqqət və qulluq görmədikdə infeksiyalaşıb sızanaqlara dönə bilirlər. Adətən sizanaqlı səpgilər həddindən artıq yağlı dərilərdə əmələ gəldiyi üçün müalicə barədə düşündükdə, ilk ağıla gələn şey dərinin yağlılığını azaltmaq olur ki, bunu da bəzi bitki dəmələmələrinin vasitəsilə aradan qaldırmaq olur. Dəridə sızanaqların əmələ gəlməsinə sabun və poroşoklar səbəb ola bilər. Sintetik paltarlar da dərilərdə səpgilərin əmələ gəlməsinə səbəb ola bilir. Bəzən elə həssas dərilər olur ki, metalla təmasa girdikdə, sıx meşədə gəzən zaman və ya sarımsaq yeyilən zaman səpgilər meydana çıxır. Allergik purpura deyilən bir dəri xəstəliyi vardır ki, bu dəridə səpgilər və qızartılarla müşayiət olunur. Bu səpgilər əsasən kürək nahiyyəsində əmələ gəlir. Xəstəliyin əmələ gəlməsinə mədə-bağırsaq sistemində, böyrək və qaraciyərdə olan xəstəliklər səbəb ola bilir. Səpgilərin müalicəsinə daxili orqanların müalicəsindən başlamaq lazımdır. Çünki müalicə düzgün istiqamətdə aparılmasa, səpgilərin ölçüsü arta bilər və adi görünən sızanaq ekzemaya, pssoriaza dönüşə bilər. Kürək nahiyəsində səpgilərin əmələ gəlməsinə fındıq, qoz, fısdıq, çiyələk, avokado və bu kimi allergiya verən qidaların qəbulu da səbəb ola bilir. Kürəkdə əmələ gələn səpgilər başqa faktorların da meydana gəlməsinə şərait yaradır. * səpgi yerlərində göy ləkələrin iz qoymasına * qaşıntıya * irin və iltihabın baş verməsinə * şişkinlik və istiliyə * qabıq və ya kəpək qoyma * kürək dərisində həssaslıq və irinli səpgilərdə ağrıya. Kürəkdə səpgiləri aradan qaldırmaq üçün dermatoloqla terapevtin birgə müalicəsi daha yaxşı təsir göstərir. Allerqoloqun məsləhəti də xəstəliyin əlamətlərinin aradan qalxmasında yardımçı olur.
2023-02-25 08:35:00
Böyrək vərəmi. Məhdud detruktiv proseslər (papillit) zamanı ancaq kirəcləşmə olduqda müayinələr patoloji prosesləri aşkar edə bilir. Fibroz-kavernoz vərəmdə kaverna aşağıdakı formada olur: * aydın konturlu * dairəvi və ya oval. Böyrək vərəmi müayinə zamanı exoneqativ törəmə kimi aşkar edilir. Vərəm pionefrozu praktiki olaraq kalkulyoz pionefrozdan fərqlənmir, amma daxilində exopozitiv törəmələr daş yox, kirəcləşmiş destruksiya ocaqları kimi qəbul olunmalıdır. Nefrolitiaz. Diametri 0,5 sm-dən çox olan konkrementlər çətinlik yaratmadan müayinə zamanı asan aşkar edilir. Ayrılıqda daş dəqiq konturlu, exopozitiv törəmə kimi, kasacıq-ləyən sistemində aşkar edilir. Onun arxasında akustik kölgəliyin olması diaqnozun doğruluğunu təsdiqləyir. Daşın kimyəvi tərkibini isə USM təyin etmir, onu sidiyin analizləri təsdiqləyir. Bəzən yastı daşlar müayinə zamanı pis göründüyündən belə xəstələr polipozision vəziyyətlərində müayinə olunurlar. Bəzi hallarda böyrəkdaşının hiperdiaqnostikası da müşahidə olunur, böyrəklərdə olan kristallar, damar divarının bərkiməsi və s.daş kimi qəbul edilir. Sidik axarının daşları USM-in köməyi ilə aşkarlanır. Daşlar sidik axarının yuxarı hissəsində olduqda isə bağırsaq hilgəklərində olan hava boşluqları daşın aşkrlanmasına mane olduğuna görə əksər hallarda sidik kisəsi maye ilə dolu olduqda daha yaxşı görünür. Hidronefroz. USM zamanı alınan nəticələr prosesin ağırlıq dərəcəsindən və kasacıq-ləyən sistemində sidiyin axmasının pozulmasının davamiyyətindən, böyrək parenximasının atrofiya dərəcsindən asılı olur. İlk mərhələlərdə böyrək parenximasının qalınlığı azalır, kasacıq-ləyən sistemində dəyişikliklər meydana çıxır. Prosesin zəif getməsi "lal böyrək" sindromuna səbəb olur. Adətən diaqnozun dəqiqlənməsi təsadüfən USM-lə yoxlanma zamanı bəlli olur. Bəzi hallarda vena daxilinə 10 mq furosemid yeridib böyrəklərin funksional yüklənməsini təmin edib, böyrəklər USM vasitəsilə yoxlanılır. Bunun üçün əvvəlcə böyrəklər yoxlanılır, sonra dərman damara yeridilib yenidən xəstə müayinə olunur. Bu zaman müayinə 5 dəqiqədə bir dəfə təkrar olunur. Bu zaman poliuriyaya cavab olaraq kasacıq-ləyən sisteminin dilarasiya müşahidə oluna bilər və onun dərəcəsi təkrar ölçmələr qeyd edilir.
2023-02-25 08:31:00
Daxili oqranların başqa xətəlikləri kimi böyrək xəstəlikləri zamanı da dərman bitkilərinin köməyi vasitəsilə bir-çox xəstəliklərin əlamətlərini aradan qaldırmaq mümkün olur. Tərkibində olan alkaloidlər, qlyukozidlər, kumarinlər, furokumarinlər, efir yağları, aşılayıcı maddələr, vitaminlər, üzvi birləşmələr, mineral duzlar, mikroelementlər vasitəsilə dərman bitkiləri insanların sağlamlığıına müsbət təsir göstərir. Böyrək xəstəlikləri zamanı da bir-çox bitkilərin müalicəvi təsiri vardır ki, onların vasitəsilə bu xəstəliklərin nəinki, əlamətlərini azaltmaq, hətta sağaltmaq da mümkündür. Amma gərək bitkilərlə müalicə zamanı həkim məsləhətinə də qulaq asmaq lazımdır. Böyrək xəstəlikləri zamanı ardıc meyvəsi, tozağacı yarpağı, mərsin yarpağı, mərsin meyvəsi, gəndəlaş çiçəyi, peyğəmbərgülü çiçəyi, xoşəmbul otu, qırxbuğun otu, at pitrağı kökü, boyaqotu kökü, ayıqulağı yarpağı, qatırquyruğu otu, pişikdili otu, baldırğan toxumu, bağayarpağı yarpağı, biyan kökü, boymədəran otu, qaragilə yarpağı, böyrütkən yarpağı, qarğıdalı saçağı, quşəppəyi otu, damotu otu, dişqurtlayan çiçəyi, kar gicirtkən otu, keşniş toxumu, kəkotu otu, lavanda otu, limonotu otu, cirə toxumu, zirə toxumu, zimbirtikan kökü, zəfəran çiçəyi, itburnu meyvəsi, yarpız otu, kalendula çiçəyi, mayaotu qozası, meşəçiçəyi otu, səhləb kökü, mərcangilə yarpağı, mərcan meyvəsi, söyüd qabığı, çobanyastığı çiçəyi və s. istifadə olunur. Bu bitkilər böyrək xəstəlikləri zamanı aşağıdakı təsirlərə malikdir: - infeksiya əleyhinə təsir - iltihabı azaltmaq - ağrını azaltmaq və kəsmək - bədəndən suyu çıxartmaqla ödemi azaltmaq - arterial təzyiqi normallaşdırmaq - maddələr mübadiləsini tənzim etmək - bədən müqavimətini artırmaq - immun dəyişikliklərə qarşı mübarizə.
2023-02-25 08:25:00
Bakteriyaların və onların həyat fəaliyyəti məhsullarının orqanizmə təkrarən daxil olması nəticəsində baş verən allergiya bakterial allergiya hesab edilir. Allergiyanın bu növünü ilk dəfə R. Kox dərisi altına tuberkulin yeridilmiş vərəmli xəstələrdə müşahidə etmişdir. Tuberkulin içərisində vərəm çöplərinin kulturası olan bulyonun filtiratıdır. Onu vərəmli xəstələrin dərisi altına yeritdikdən 6-12 saat sonra infeksiya nahiyyəsində hiperemiya və şişkinlik əmələ gəlir. Bu dəyişikliklər 24-48 saat sonra maksimal səviyyəyə çatır. Vərəmə yoluxmamış şəxslərdə bu reaksiya müşahidə edilmir. Tuberkulinə qarşı reaksiya bakterial allergik reaksiyaların tədqiq edilmiş ilk növüdür. Bu cür reaksiyaların bütün növlərinə tuberkulin tipli reaksiyalar deyilir. Bakterial allergik reaksiyalardan bir sıra yoluxucu xəstəliklərin diaqnostikasında geniş istifadə edilir. Bu diaqnopstik reaksiyaların spesifikliyi kifayət qədər yüksəkdir. Onların kliniki və laborator üsullarla aşkar edilməsi mümkün olmayan xəstəliklərin diaqnozunu qoymağa yardım edir.
2023-02-25 08:21:00
Revmatoid artrit oynaqların naməlum etiologiyalı iltihabı revmatik xəstəliyidir. Xəstəlik özünü periferik oynaqların simmetrik xroniki eroziv artriti və daxili orqanların zədələnməsi ilə göstərir. Xəstəliyin mahiyyətinin əsasında oynaq toxumasının (sinovial qişa, oynaq qığırdağı, oynaq kapsulu) immun əsasda inkişaf etmiş iltihabi proseslə zədələnməsi durur. Bu da sümüklərin oynaq səthinin eroziyasına, sonra da deformasiyasına və ankilozun formalaşmasına gətirib çıxarır. Revmatoid artritin əmələ gəlmsində bəzən virus infeksiyasının və infeksion amillərin rolu olduğu söylənilir. Xəstəlik zamanı oynağın sinovial qişası zədələnir və yerli immun cavab reaksiyası baş verir. Bu zaman limfa düyünləri və dalaq ona qarşı antitellər hasil etməyə başlayırlar. Xəstəlik bir müddət davam etdikdən sonra oynaq toxumalarının zədələnməsi daha da artır və immun iltihab əmələ gəlir. Artritin əsas əlaməti kövrək birləşdirici toxumanın əmələ gəlməsi və artmasıdır ki, bu da tədricən qığırdağı və sümük epifizini dağıdır. Proses dərinləşdikcə xəstənin oynaqları deformasiyaya uğrayır, orqan və toxumalarda dəyişikliklər baş verir. İlkin dövrlərdə xəstələrin diz və çiyin oynaqları, sonra isə diz, dirsək, əl və ayaq orqanları prosesə sürətlə cəlb olunur. Bu zaman xəstələr iri oynaqlarda şişkinlik və ağrlların olmasından şikayət edirlər. Xəstəliyin ikinci mərhələsində kiçik oynaqlar da prosesə cəlb olunur, tək-tük halda eroziya və osteopatiya müşahidə edilir. Xəstəliyin üçüncü mərhələsi 20-dən çox oynağın zədələnməsi ilə müşahidə edilir. Bu dövrdə xəstələrdə aşağıdakı patologiyalar özünü göstərir: - temperaturun yüksəlməsi - EÇS-nin yüksəlməsi - oynaqların funksiyalarının sürətlə pozulması - anemiya - oynaqdan kənar təzahürlər - zəiflik - səhərlər hərəkətin məhdudlaşması - artralgiya - arıqlama - limfodenopatiya. Xəstəlik irəlilədikcə (1-5 il sonra) əl barmaqlarının falanqalarında bükülmə, diz oynaqlarının deformasiyası və bükülməsi, ayaq-dayaq falanqa oynağında natamam çıxıq, onurğanın natamam çıxığı, səsin kobudlaşması, təngnəfəslik, residivləşən bronxit baş verir. Xəstəliyə diaqnozun qoyulmasında laborator analizlərin, anamnezin və rentgenoloji müayinələrin nəticələri əsas götürülür.
2023-02-25 08:15:00
Hemofiltirasiya qanın tərkibindən kiçik molekulyar kütləyə malik maddələrin təmizlənməsidir. Əgər kütləli maddələrin sidik cövhərinin, kreatinin, sidik turşusunun klirensi hemodfializ standartlarına uyğun gəlmirsə, hemodializ bunları təmizləmir. Son zamanlar yüksək keçiriciliyə malik membranların ixtira edilməsi qandan böyük kütləli zəhərli maddələri də xaric etmək imkanı verir. Hemofiltirasiya qanın maye hissəsinin və onda həll olmuş kiçik və orta molekulların hidrostatık təzyiq nəticəsində yarımkeçirici membrandan ultrafiltirasiya olunmasıdır. Ayrılmış məhlulun yerinə xəstənin orqanizminə Ringer məhlulu və ya başqa məhlullar yeridilir. Hemofiltirasiya üçün yüksək hermetik və xüsusi membran iiə təchiz olunmuş hemofiltirdən istifadə olunur. Hemofiltirasiya 4-5 saat davam edir və bədəndən 18-20 litr maye çıxarılır. Çıxarılan mayenin yerinə əvəzedici məhlullar yeridilir. Hemofiltirasiyadan ürək çatışmazlığında, nefrotik sindrom nəticəsində hiperhidratasiyanı aradan qaldırmaq üçün, zəhərlənmələrdə və böyrək çatışmazlığında istifadə edilir.
2023-02-25 08:13:00
"Space TV" bundan sonra başqa formatda yayıma davam edəcək.
2023-02-25 07:58:00
Vətən Müharibəsi dövründə şəhid xəbəri yayılan, lakin daha sonra sağ olduğu üzə çıxan hərbçimiz Vəliəhəd Vəliyev erməni əsirliyində başına gələnlərdən danışıb.
2023-02-25 07:51:00
Bəzi hallarda allergiya əlamətləri ilə müşayiət olunan simptomlar digər xəstəliklərin əlamətləri olur. Amma allergiyanın özünün törətdiyi əlamətlər və patolgiyaları nəzərə alaraq aşağıdakı allergiya xəstəliklərinin adlarını çəkmək olar: Bişməcə - dəri üzərində qızartılarla müşayət olunan allergik xəstəlikdir. Bronxit - allergiya səbəli əmələ gələn, bronxların iltihablaşması ilə nəticələnən allergik xəstəlikdir. Sinusit - infeksiya və kimyəvi maddələrin, sinirlərin qıcıqlanması səbəli əmələ gələn allergik xəstəlikdir. Dərman allergiyası - orqanizmin bəzi dərman preparatlarına qarşı verdiyi allergik reaksiyadır. Qaşınma - yerli və ya bütün bədəndə müxtəlif səbəblərdən əmələ gələ bilən allergik xəstəlikdir. Ağız gəlməsi - ağız boşluğunun hansısa bir yad cismə qarşı verdiyi allergik reaksiyadır. Qurdeşən - dərinin müxtəlif nahiyələrinin qabarıb-qızarması ilə müşayət olunan allergik xəstəlikdir. Rinit - burunda qaşınma, asqırma, burun axması ilə müşayət olunan allergik xəstəlikdir. Konyuktivit - gözlərdə qaşıntı, qızartı, geyişmə və yaş axması il müşayiət edilən allergik xəstəlikdir. Blefrit - gözün allergiyası səbəbindən göz qapaqlarının iltihablaşmasıdır. Dermatit - dəridə qızartı və qabarmalarla müşayiət olunan allergik xəstəlikdir. Keratosis pilaris - saç köklərinin iltihablaşması və baş qaşınması ilə müşayiət olunan allergik xəstəlikdir. Quru dəri - bəzi sabunların dəridə yaratdığı allergik simptomdur. Qida allergiyası - müxtəlif qidalara qarşı orqanizmin verdiyiy allergiya reaksiyasıdır. Astma - müxtəlif allergiya xəstəliklərinin ağırlaşmasıdır. Kontakt dermatit - hansısa bir yerə toxunan zaman orqanizmin verdiyi allergik reaksiyadır. Anafilaktik şok - ən çox dərman və qida allergiyalarının verdiyi ağırlaşmadır. Anafilaktik şok ölümə səbəb ola bilir.
2023-02-25 07:21:00
Baş beynin silkələnməsi, kəllə - beyin travmasının müxtəlifliyidir. Baş beynin silkələnməsi başdan zərbə aldıqda baş verır - yıxılma, nəqliyyat hadisələrində, məişət və küçə travmalarında müşahidə oluna bilər. Travma zamanı damarların spazmı, baş beynin qan dövranının pozulması müşahidə olunur. Silkələnmə zamanı qısamüddətli funksional pozğunluqlar müşahidə olunur. Bu zaman kompyuter tomoqrammada heç bir dəyişiklik qeyd olunmur. Simptomları: Bu zaman insan huşunu 5 dəqiqəlik itirir, xəstə silkələnmədən qabaqkı hadisələri xatırlamır. Baş ağrısı, başgicəllənmə, yuxululuq, qusma baş verir. Arterial təzyiq dəyişmir. Bu vəziyyət 7-12 gün davam edə bilər. Xəstə bu müddət ərzində stasionarda olmağı məsləhətdir. Xəstə vaxtında müalicə almasa qıcolma, epilepsiya inkişaf edə bilər. Siz nə edə bilərsiniz: Mütləq travmatoloji şöbəyə müraciət etmək lazımdır. Həkim nə edə bilər: Həkim xəstəni müayinə edir, xəstənin rentgenoloji müayinəsi aparılır. Zəruri olarsa başbeynin EXO-qrafiyası aparılır. Baş beynin silkələnməsində xəstə stasionara yerləşdirilir, 1-2 həftə ciddi yataq rejimi təyin olunur. Burada müvafiq müalicə aparılır.
2023-02-25 07:11:00
Konn sindromu böyrəküstü vəzin qabıq madəsinin yumuşacıq zonasının şişidir. Xəstəliyə 30-50 yaşlı adamlarda, ən çox qadınlarda rast gəlinir. Damardaxili mayenin miqdarının və natriumun konsentrasiyasının artması, böyrək yumaqcıqlarının arteriyalarının reseptorlarına təsir edərək reninin sitezini ləngidir. Ona görə də Konn sindromu zamanı reninin və agiotenzin II səviyyəsi aşağı düşür. İkincili hiperaldesteronizm hiopertoniya xəstəliyi və böyrək hipertenziyalarında aldosteronun daimi yüksək sekresiyası renin- angiotenzin-aldosteron sisteminin aktivliyinin artması nəticəsində vaş verir. Bu hal xəstənin orqanizmində ödəmlərlə müşayiət olunur. Xəstəliyin əmələ gəlməsində böyrəküstü vəzi şişinin aldosteron hipersekresiya etməsi əsas rol oynayır. Bu zaman hüceyrə membranının keçiriciliyi artır, damar divarındakı saya əzələlərin ödemi, şişməsi baş verir, damarın mənfəzi daralır. Digər tərəfdən natriumun bədəndə saxlanması simpatik sinir sisteminin tonusunu artıraraq katexolaminlərin əmələ gəlməsini artırır. Xəstəliyin əsas əlamətləri: yüksəktəzyiq, hipokaliemiya, hipernatriemiya, hiperoreninemiyadır. Arterial təzyiq yüksək olduğuna görə xəstənin göz dibində dəyişikliklər müşayiət olunur. Xəstələrdə sidik vasitəsilə kaliumun xaric olunması əzələlərdə qıcolmaya səbəb olur. EKQ-də dəyişikliklər baş verir. Diaqnoz: USM, KT-nin nəticələrinə və sidiyin analizlərinə əsaslanaraq qoyulur. Müalicə aldosteronun çıxarılmasından ibarətdir. Bəzi hallarda konsarvativ müalicə aparılır. Xəstələrə aldakton və veroşpiron verilir.