Çin maşınlarının mühərriklərində yaranan ciddi PROBLEMLƏR
Digərləri 18 May 2025 04:04:00 84 0
Əksər Çin avtomobillərində quraşdırılmış 1.5 litrlik turbinli mühərriklər maksimum 250 min kilometr yürüş üçün nəzərdə tutulub ki, bu da əksər avtomobillərin zəmanətində əks olunur.
Bu haberi de oku: Azərbaycanlı aşpaz və kuryer Rusiyada adam OĞURLADI FOTO
Son.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə gazeta.ru-ya rusiyalı avtomobil mütəxəssisi Aleksandr Nosko bildirib.
Qeyd olunur ki, Çin avtomobillərində zəmanət dövrünün ortasında belə problemlər üzə çıxır.
"100 min km-də 1.5 litrlik Çin mühərriklərində tez-tez sensorlar və alışma babinləri sıradan çıxır, yağsızma və dumanlanma problemləri yaranır. 200 min km yürüşdən sonra mühərrik yağı sərfiyyatının artması riski yüksəkdir, problem klapanların bərkimiş yağ qapaqcıqlarındadır, həmçinin yağ turbinə daxil olur", - deyə ekspert izah edib.
Eyni zamanda, çuqun bloku sayəsində Çin mühərrikləri alüminiumdan hazırlanan Avropa mühərrikləri ilə müqayisədə daha etibarlı hesab olunur. Çuqun bazalarının həddindən artıq istiləşmə riski daha azdır və blokun həndəsi bütövlüyü daha uzun müddət saxlanılır.