Heydər Əliyevin anadan olmasının 102ci ildönümünə həsr olunan bədii yaradıcılıq müsabiqəfestivalının yekun konserti keçirilib


Digərləri 17 May 2025 23:31:00 66 0

Heydər Əliyevin anadan olmasının 102ci ildönümünə həsr olunan bədii yaradıcılıq müsabiqəfestivalının yekun konserti keçirilib

16 may tarixində Heydər Əliyev Sarayında AHİK-ın üzv təşkilatı Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı (ATİAHİ) və Elm və Təhsil Nazirliyinin (ETN) birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş ali məktəb tələbələrinin bədii yaradıcılıq müsabiqə-festivalının yekun konserti baş tutub.

Tədbirdə dövlət rəsmiləri, rektorlar, millət vəkilləri, eləcə də tanınmış mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.

Konsert proqramında tələbələrin ifasında Ulu Öndərə həsr olunmuş mahnılar, şeirlər səsləndirilib və rəqs kompozisiyaları təqdim olunub.

Müsabiqə-festivalın birinci mərhələsi aprel-may aylarında ölkənin 26 ali təhsil müəssisəsində keçirilib. Ümumilikdə 1600-ə yaxın tələbə bu mərhələdə iştirak edib. Final mərhələsinə isə 391 tələbə vəsiqə qazanaraq çıxışlarını nümayiş etdirib.