370 milyon illik möcüzə: Amfibiyalar yoxa çıxmaq təhlükəsi ilə üzüzə
Digərləri 18 May 2025 07:07:00 78 0
Təxminən 370 milyon il əvvəl quruda yaşamağa başlayan ilk amfibiyalar xüsusilə qurbağalar bu günə qədər bir çox fəlakətdən sağ çıxaraq yaşamaqda davam edir. Onlar "Böyük Beş" adlanan kütləvi yox olma hadisələrindən üçünü və Kapitanian dövrünü dəf edərək dözümlülüklərini sübut ediblər.
Bu haberi de oku: Beyləqanda ağır qəza xəsarət alanlar var
Son.az xəbər verir ki, alimlər bu canlıların sağ qalmaq qabiliyyətini möcüzə adlandırır. Onlar sürətlə çoxala bilir, zədələnmiş və ya rəqabətsiz ərazilərdə məsələn, tikinti sahələrində asanlıqla məskunlaşır və uyğunlaşa bilirlər.
Bu davamlılıq təbiətin gücünü göstərsə də, hazırda amfibiyalar insan fəaliyyəti nəticəsində yaranan ətraf mühit dəyişikliyi ilə ciddi təhdid altındadır. Mütəxəssislər xəbərdarlıq edirlər ki, bu canlıların yox olması yalnız onların deyil, bütöv ekosistemin sabitliyinə ciddi təsir göstərə bilər.