Rusiyada bəzi ekzotik heyvanların evdə saxlanması qadağan edildi
Digərləri 18 May 2025 00:45:00 58 0
Rusiya Dövlət Duması ev şəraitində saxlanılması qadağan olunan heyvanların siyahısını yeniləyib. Siyahıya kobra, piton, zəhərli hörümçək, pələng, şir, çaqqal, tısbağa və bəzi primat növləri daxil edilib. Son.az xəbər verir ki, qanun son dövrlər ekzotik heyvanların insanlara hücum hallarının artması fonunda qəbul olunub. Yeni qaydalar yalnız qanun qüvvəyə mindikdən sonra əldə edilən heyvanlara şamil ediləcək. Əvvəlcədən alınmış heyvanlar müsadirə edilməyəcək.
Bu haberi de oku: Azərbaycanda ağlasığmaz ELANLAR: 3 manata ər tapırlar
Deputat Vladimir Burmatovun sözlərinə görə, bu heyvanların reabilitasiya mərkəzlərinə təhvil verilməsi daha təhlükəsiz variantdır.
Kaynak: milli.az