"Diqlas"ın yerində ticarət mərkəzi tikiləcək RƏSMİ
Digərləri 16 May 2025 11:36:42 58 0
Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 239 ünvanında (əvvəllər "Diqlas" ticarət mərkəzinin yerləşdiyi ərazidə) yeni ticarət mərkəzinin tikintisi nəzərdə tutulur.
Bu haberi de oku: II kurs tələbəsi vəfat etdi
Bu barədə Son.az Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə istinadən xəbər verir.
Bildirilib ki, 10 dekabr 2024-cü il tarixində Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən qeyd olunan ünvanda ümumi sahəsi 3200 m² olan 5 mərtəbəli qeyri-yaşayış təyinatlı ticarət kompleksinin tikintisinə icazə verilib.
Kaynak: milli.az