Efirdə müğənnilər arasında qırğın qopdu: "Açıb desəm..." VİDEO


Şou-biznes 15 May 2025 15:00:00 82 0

Efirdə müğənnilər arasında qırğın qopdu: "Açıb desəm..."  VİDEO

Qumral efirdə müğənni ilə qırğına çıxdı

Efirlərin birində müğənnilər arasında gərgin anlar yaşanıb.

Son.az xəbər verir ki, eyni verilişdə qonaq alan Qumral ilə digər ifaçının sözləri bir-birinin boğazından keçməyib. 

Hər iki sənətçi qarşılıqlı ittihamlarla bir-birini susdurmağa çalışıblar. Canlı yayımda tərəflər arasında söz savaşı yaşanıb.

Qumral həmkarının atmacalarına belə cavab verib:

"Burada atmaca ilə danışamağa ehtiyac yoxdur. Hər şeyi görürəm, uşaq deyiləm. Eyni toyda hərəkətlərini gördüm. Yekə-yekə danışmaq lazım deyil. Efirdən kənar sözlərini mənə deyərsən və cavabını alarsan. Beynin xarabdırsa, get, düzəltdir". 

Aygün adlı ifaçı isə ona bu sözlərlə qarşılıq verib:

"Efirdə özünü mələk kimi aparma. Səni də görürlər bizi də... Açıb desəm, gərək hər birimiz verilişdən gedək. Səndən niyə qorxum ki, çörəyimi-suyumu vermisən? Ev, yoxsa maşın almısan? Eyni məclislərə getmişik, ikimizə də pul xərcləyiblər. Nə xərcləyibsə, mənə verib, kimə nə?".

Hüseyn Son.az