Cennifer məşq zamanı yaralandı FOTO
Şou-biznes 15 May 2025 06:06:00 60 0
Müğənni və aktrisa Cennifer Lopez "2025 Amerika Musiqi Mükafatlarına" (AMA) hazırlıq zamanı məşq prosesində burnundan xəsarət alıb.
Bu haberi de oku: "Eldar yarışma ərəfəsində heç kimə dəstək olmurdu"
Son.az xəbər verir ki, 55 yaşlı sənətçi bu barədə İnstaqram hesabında məlumat verib və burnundakı tikişləri əks etdirən selfi paylaşıb.
"Bu baş verdi..." - deyə Lopez buz torbası ilə çəkilmiş şəklinə şərh yazıb. O, burnundakı kəsiyin məşq zamanı baş verdiyini və müalicə üçün "Beverly Hills" plastik cərrahı Dr. Diamond-a müraciət etdiyini bildirib.
Qeyd edək ki, Cennifer Lopez mayın 26-da Las-Veqasdakı "BleauLive" Teatrında keçiriləcək Amerika Musiqi Mükafatlarına ikinci dəfə ev sahibliyi edəcək.