"Çox əziyyət çəkdim" Mətanət İsgəndərlinin qızı
Şou-biznes 15 May 2025 00:13:00 78 0
"Mətanət İsgəndərli ana olaraq çox fədakardır. Onun mahnıları ilə böyümüşəm. Başqa bir ölkəyə köçəndən sonra isə onun mahnılarını kəşf etdim: "Əlvida", "Gecədən sübhədək". Onun hər bir mahnısı mənim üçün başqadır. Mənim anam böyük sənətkardır. Azərbaycanın Mətanət İsgəndərlisi və mahnıları hər zaman yaşayacaq".
Bu haberi de oku: Ofeliya Şabanova: “Ərimin səhvi də düzdür” – VİDEO
Son.az xəbər verir ki, bu sözləri Əməkdar artist Mətanət İsgəndərlinin qızı Ülkər deyib. Türkiyədə yaşayan Ülkər anasının konsertinə görə Bakıya gəlib. O, Antalyadakı həyatından, ailəsindən danışıb:
"Həyat yoldaşım gəlməyib. Övladlarım isə balacadır və evdədirlər. İkinci oğlum olub: Enginhan. Qızımın adı isə Tuanadır. Başqa ölkədə yaşamaq asan deyil, çətindir. Amma deməli, qismət belədir. Anam tez-tez gəlir yanıma. Öyrəşənə qədər çox əziyyət çəkdim. Orada ev xanımam, uşaqlarım hələ balacadır".