Bakıda ilk MercedesBenz Fashion Week Azerbaijan keçiriləcək!
Şou-biznes 14 May 2025 12:23:00 87 0
2025-ci il mayın 15-dən 17-dək Bakıda Mercedes-Benz-in strateji tərəfdaşlığı ilə ilk dəfə olaraq beynəlxalq statuslu MBFW Azerbaijan mövsümü baş tutacaq. Tədbirin təşkilatçıları Azərbaycan Moda Dizaynerləri Assosiasiyası (Azerbaijan Fashion Designers Association) və Led.az Events-dir.
Bu haberi de oku: “Bilmirsən ki, uşağın kimdəndir?!”
Bu möhtəşəm tədbir yerli və beynəlxalq dizaynerlərin yaradıcılığını nümayiş etdirmək üçün parlaq bir platformaya çevriləcək. İtaliya, Gürcüstan, Qazaxıstan, Türkiyə, Belarus və İsraildən gələn dizaynerlər öz konseptlərini təqdim edəcək və həm media, həm də tamaşaçıların diqqətini cəlb edəcəklər.
Göstəriləcək kolleksiyalarda süni intellekt, virtual və artırılmış reallıq kimi müasir texnologiyalardan istifadə ediləcək. Bu innovasiyalar qlobal modada daha əvvəl tətbiq olunmamış ideyaların reallaşmasına imkan yaradaraq, tamaşaçılar üçün unikal bir təcrübə vəd edir və ənənəvi moda sənayesinin sərhədlərini genişləndirir. Proqramın önəmli hissələrindən biri isə Azerbaijan Fashion&Art sərgisidir. Bu ekspozisiya Muse Me, The Tothu, Parcha Studio, Gaga Factory, Dova 24, Sultan Couture, Natavan Aliyeva, Sameera, Kaftan kimi yerli brendləri və məşhur rəssam Elnarə Nəsirlinin "Silver Lining" adlı installyasiyasını təqdim edəcək. Sərgi Azərbaycanın moda və incəsənət səhnəsinin ən müasir və milli nümunələrini bir araya gətirəcək.
Eyni zamanda, tədbir çərçivəsində zinət əşyaları brendi Panghia-nın təqdimatı və Adidas tərəfindən Mercedes-Benz üçün hazırlanan xüsusi moda nümayişi baş tutacaq. Bu addımlar MBFW Azerbaijan-ın beynəlxalq səviyyədə nə qədər aktual və müasir olduğunu bir daha nümayiş etdirir.
Mövsümün tərəfdaşları sırasında Alman-Azərbaycan Ticarət Palatası (AHK), MyBrands, MAC, L'Oréal Professionnel, KSpace, Braun, Absheron Hotel Group, Turizm.az, S Design, Museum Furniture & Accessories, Johnnie Walker, A11 Logistics, Big Model Agency, Notes Gastronomy & Bar, Shur, Dadim, Yacht Club Residence və digər aparıcı şirkətlər var.
MBFW Azerbaijan - dizaynerlər, brendlər və rəssamlar üçün beynəlxalq səhnəyə çıxmaq, modanı, incəsənəti və texnologiyanı birləşdirərək ilhamverici və dinamik bir hadisə yaratmaq üçün unikal fürsətdir.
Rəsmi media tərəfdaşları: Elle Uzbekistan, Tatler Kazakhstan, Baku Magazine, Caspian Magazine, &Beyond Magazine, Nargis Magazine, The Diary, Media.az, Oxu.az, Photostock, 1News, Trend.az, Day.az, Milli.az, 25Trend, Fiftysix Magazine və Brands Fashion Business.