“Bilmirsən ki, uşağın kimdəndir?!”
Şou-biznes 14 May 2025 14:24:00 124 0
Əməkdar artist Elnarə Abdullayeva qalmaqallı açıqlamalar verib. Son.az xəbər verir ki, sənətçi efirləri sərt şəkildə tənqid edib "Çıxıb danışırsan, sonra sosial şəbəkələrdə yazırlar ki, bu da belə danışır. Nə edək, əxlaqsızlığı təbliğ edək? Camaat övladları ilə televiziya izləyir. Nə qədər sosial şəbəkələr olsa da, televiziyada nə desən, Xalq onu qəbul edəcək. Əksəriyyət baxır. Deyirlər ki, TikTok-da tanındı. Tanınmısansa, televiziyaya niyə çıxırsan?
Bu haberi de oku: Canlı efirə müğənninin elə FOTOsunu göndərdilər ki... studiyadan getdi
Televiziyanın aliliyi var. Televiziyanın rəhbərliyi hər yaşda olan tamaşaçını qorumalı, hər kəsi efirə buraxmamalıdır. Allah dünyasını dəyişən sənətkarlara rəhmət etsin. Biz onların yanında "salam"dan başqa söz danışa bilməzdik.
Bunun övladı var, bilinmir kimdəndir...Belə şey olar? Bunların yiyəsi yoxdur! Qardaşı, atası, anası, evi, eli olan bu sözü danışar? Sən bilmirsən uşağın kimdəndir? Nə zibil yemisənsə, efirdə demə, kənarda qalsın. Heç aparıcının da bunu üzə vurmağa ixtiyarı yoxdur.