Röya Ayxan qırmızı xalıda


Şou-biznes 23 May 2025 06:35:00 99 0

Röya Ayxan qırmızı xalıda

Xalq artisti Röya Ayxan Kann Film Festivalında qırmızı xalıya çıxıb.

Son.az xəbər verir ki, estrada ulduzu ağ və qaradan ibarət libası ilə xalıda addımlayıb.

Sənətçi stilist Anar Ağakişiyevlə birgə kameralara pozalar verib.

Qeyd edək ki, müğənni "I Success Top 100 Awards Gala" tədbirində iştirak edib və burada "Azərbaycan musiqisinin mədəniyyət səfiri" mükafatı ilə təltif olunub. Bu mükafat pop ulduza müasir Azərbaycan musiqisinə verdiyi böyük töhfəyə görə təqdim olunub.