Tanınmış aktyor evində bıçaqlandı Vəziyyəti ağırdır
Şou-biznes 23 May 2025 12:49:11 65 0
"Yeşilçam" sənətçisi, aktyor Mehmet Serdar Sulukahya evində bıçaqlanıb.
Bu haberi de oku: Talıb yeni doğulan qızı ilə
Son.az haberler-ə istinadla xəbər verir ki, "Yeşilçam"ın unudulmaz adları ilə eyni səhnəni paylaşan təcrübəli aktyor Mehmet Serdar Sulukahya ötən axşam İstanbulun Beşiktaşdakı evində bıçaqlı hücuma məruz qalıb.
Əldə edilən məlumata görə, uzun müddətdir Hollandiyada yaşayan və arabir İstanbula gələn və Beşiktaşdakı evində qalan Sulukahya ötən gün sosial şəbəkədə tanış olduğu qadını evinə dəvət edib. İddialara görə, evə gələn qadınla aktyor arasında naməlum səbəbdən mübahisə düşüb.
Mübahisə böyüyüb və gənc qadın Mehmet Serdar Sulukahyanın bədəninin müxtəlif nahiyələrinə bıçaq zərbələri endirib və daha sonra hadisə yerindən qaçıb.