"Mirkamil bizi yaxına buraxmır"
Şou-biznes 14 May 2025 22:25:00 78 0
"Ramal, Mirkamil, Vüsal bizdə böyüyüb. Onların hər işinə mən qaçırdım. Onları qardaş və bacılarımdan çox istəyirəm. Uşaqlarım qısqanırdı ki, bizdən çox onları istəyirsən. Bilmirəm Allah nə istəkdi verib mənə. Ramalla Mirkamilin adı gələndə tüklərim biz-biz olur".
Bu haberi de oku: "Eldar yarışma ərəfəsində heç kimə dəstək olmurdu"
Son.az xəbər verir ki, bu sözləri Xalq artisti Mələkxanım Eyubova deyib. O, bacısı oğlu, müğənni Mirkamil Kamilovdan danışıb. Eyubova bildirib ki, Mirkamil ürəyindən əziyyət çəkir:
"Mirkamil haqda çox söz dedilər. Amma bilmədilər ki, ürəyindən necə əziyyət çəkir. Atası onu İrana apardı. Burada deyildim, Amerikada idim. Burada olsaydım, imkan verməzdim. Orada həkim aparat qoyub, indi əziyyət çəkir. Ürək işləyir, aparat oradan çıxmalıdır. Mirkamil illərdir əziyyət çəkdi, özünə qapandı.