"Avroviziya"da finala keçə bilməyən təmsilçilərimiz danışdı
Şou-biznes 15 May 2025 10:25:51 76 0
Xəbər verdiyimiz kimi, Azərbaycanı "Avroviziya" mahnı müsabiqəsində təmsil edən "Mamagama" qrupu finala keçə bilməyib.
Bu haberi de oku: Efirdə müğənnilər arasında qırğın qopdu: "Açıb desəm..." VİDEO
Milli.az xəbər verir ki, qrup sosial media hesablarında yarışma ilə bağlı paylaşım edib:
"Əziz dostlar, hər saniyə yarımfinal çıxışımıza olan dəstək və sevgi dolu mesajlar gəlir. Bu yolu sizinlə birgə keçdiyimiz və sizi sevindirə bildiyimiz üçün sonsuz xoşbəxtik. Hansı ki, bu bizim üçün ən vacib olanıdır. Finala keçəcəyimizi gözləyənlərdən üzr istəyirik və sizdən rica edirik ki, məyus olmayasınız. Biz əlimizdən gələni etdik, səhnədə tam səmimi olduq və bütün emosiyalarımızı verdik.
Bizə azarkeşlik edən və canlı yayımla bizi izləyən hər kəsə sonsuz təşəkkür edirik. Sizin dəstəyinizi və sevincinizi hiss etdik. Ölkəmizdə hələ çox istedadlı ifaçılar var və biz onlara gələcək müsabiqələrdə uğurlar arzulayırıq. Əsas odur ki, biz sübut etdik ki, Azərbaycanda yaxşı musiqi yaradılır və hər zaman yaradılıb.
Dostlarımıza, yaxınlarımıza və İTV komandamıza dərin təşəkkür edirik. Siz bizə inandınız və böyük iş gördünüz. Bunu heç vaxt unutmayacağıq.