Məşhur broyler şirkəti külli miqdarda borca düşdü, rəhbəri dəyişdi


Digərləri 15 May 2025 09:35:00 86 0

Məşhur broyler şirkəti külli miqdarda borca düşdü, rəhbəri dəyişdi

"Səba" ASC-nin nizamnamə kapitalı azaldılıb və qanuni təmsilçisi dəyişib.

Son.az bildirir ki, iqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, şirkət nizamnamə kapitalını 4,8 milyon manatdan 3,6 milyon manata endirib.

Beləliklə, son aylar ərzində "Səba"nın nizamnamə kapitalından 1,2 milyon manata yaxın vəsait geri götürülüb.

Eyni zamanda, ASC-nin qanuni təmsilçisi Mehdiyev Elçin Akif oğlu vəzifəsindən azad edilib və onun yerinə Baloğlanov Vüqar Samir oğlu təyin olunub.

Məlumat üçün bildirək ki, "Səba"nın dövlət qarşısında külli miqdarda vergi borcu da yaranıb və hazırda bu borcun miqdarı 432 268,60 manat təşkil edir.