Birazdan bu ərazilər qazsız qalacaq
Digərləri 15 May 2025 09:57:00 89 0
Bakının Nərimanov, Səbail, Nizami, Binəqədi və Suraxanı rayonlarındakı mövcud qaz xətlərində görüləcək təmir işlərilə əlaqədar 15.05.2025-ci il tarixdə saat 10:00-dan qaz təchizatının dayandırılması planlaşdırılır.
Bu haberi de oku: Çindən "maşın gətirən" dələduz həbs edildi
Bu barədə "Azəriqaz" İB-dən bildirilib.
Qeyd olunan səbəbdən müvafiq olaraq Ə.Əliyev, M.Şərifli, E.Süleymanov, R.Rüstəmov, Naxçıvanski küçələrində, eləcə də M.Ə.Rəsulzadə, Xutor, Biləcəri qəsəbələrinin və Hövsan "MİDA yaşayış kompleksi"nin, həmçinin Motodrom ərazisinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Kaynak: milli.az