7 yaşlı oğlan anasının cipini qaçırdıb "McDonald's"a getdi FOTO


Dünya 06 May 2025 19:00:00 101 0

7 yaşlı oğlan anasının cipini qaçırdıb "McDonald's"a getdi  FOTO

ABŞ-də qeyri adi hadisə baş verib.

Son.az xarici mətbuata istinadla xəbər verir ki, 7 yaşlı oğlan anasının cipini 14 km sürərək bacısını fastfud restoranına aparıb.

ABŞ-nin Yuta ştatında 7 yaşlı oğlan bacı ilə "McDonald's"ın səhər yeməyi almaq üçün sükan arxasına keçib və 9 mil məsafə qət edib.

Polis Ogden şəhərində saat 8 radələrində təhlükəli sürücüyə dair siqnal alıb və xəbərdarlıq edən şəxs avtomobili idarə edən şəxsin "uşaq kimi göründüyünü" deyib. Polis izləmədən imtina edib və ağ rəngli SUV nəqliyyat vasitəsi yalnız səkiyə çırpılandan sonra dayandırılıb. Hadisə yerinə çatan polislər maşında 7 yaşlı oğlan və 5 yaşlı bacısını xəsarətsiz vəziyyətdə tapıblar.