İndiyə qədər getdiyiniz bütün toyları unudun! Bu görüntüləri hər kəsi şok etdi


Dünya 07 May 2025 15:30:00 103 0

İndiyə qədər getdiyiniz bütün toyları unudun!  Bu görüntüləri hər kəsi şok etdi

Türkiyənin Çanaqqala vilayətində keçirilən qeyri-adi bir toy mərasimi sosial şəbəkələrdə və yerli mediada böyük marağa səbəb olub. Bayramiç rayonunun Pınarbaşı kəndində baş tutan toyda gəlin və bəyə edilən qeyri-adi hədiyyələr hər kəsi təəccübləndirib.

Son.az xəbər verir ki, Pınar və Harun Acar cütlüyünün toyunda keçirilən takı mərasimində (qızıl və hədiyyə təqdimatı) iştirakçılar adət-ənənələrin xeyli kənarına çıxaraq, maraqlı və gülməli səhnələrə imza atıblar.

Gəlinə buzov, bəyə at hədiyyə edildi

Həftə sonu boyunca davam edən toy mərasimində bəyə edilən zarafatlar və təqdim olunan qeyri-adi hədiyyələr toya qatılanlar arasında əyləncəli ab-hava yaradıb. Kənd təsərrüfatı və heyvandarlıqla məşğul olan bəyə dostları qeyri-adi şəkildə at və gəlinə isə buzov hədiyyə ediblər.

Cütlüyün yaxın dostu Hakkı Eren gəlinə buzov təqdim edərkən, bəyin sağdıcı Utku Ercen və əmisi Halil Acar birlikdə aldıqları atı bəyə "takı" olaraq təqdim ediblər.

Ot, gübrə və yem də "takı" kimi təqdim olundu