Hindistanla Pakistan arasında gərginlik artdı Şiddətli döyüşlər gedir


Dünya 10 May 2025 09:31:00 90 0

Hindistanla Pakistan arasında gərginlik artdı  Şiddətli döyüşlər gedir

Hindistan və Pakistan arasında uzun illərdir davam edən sərhəd münaqişəsi yenidən hərbi qarşıdurmaya çevrilib. Bir neçə saatlıq nisbi sakitlikdən sonra tərəflər arasında döyüşlər yenidən başlayıb.

Bu haberi de oku: ABŞdə zəlzələ oldu

Son.az xəbər verir ki, bu barədə məlumatı "Əl Cəzirə" telekanalı yayıb.

Bildirilir ki, Kəşmir bölgəsində yerləşən Kupvara, Panç, Uri və Samba istiqamətlərində nəzarət xətti boyunca ağır artilleriya atəşləri qeydə alınıb. Hər iki tərəf bir-birini atəşkəsi pozmaqda ittiham edir.

Sərhəd bölgəsində yaşayan mülki əhali üçün vəziyyət son dərəcə gərgindir. Yerli mənbələrin verdiyi məlumata görə, minlərlə insan döyüşlərdən sığınmaq üçün evlərini tərk etmək məcburiyyətində qalıb. Qorxu və qeyri-müəyyənlik içində yaşayan sakinlər humanitar yardım və təhlükəsizlik təminatı gözləyir.

"Reuters" agentliyi isə Hindistanın Kəşmir bölgəsində, xüsusilə Şrinaqar şəhəri yaxınlığında yerləşən hava limanı ətrafında 10-a yaxın partlayışın baş verdiyini bildirib. Partlayışların səbəbi və nəticələri barədə hələlik rəsmi məlumat verilməyib.