Türkiyəni cəhənnəmə çevirərik!
Dünya 10 May 2025 19:20:00 68 0
Hindistanın Baş naziri Narendra Modinin yaxın komandirlərindən biri olan təqaüdə çıxmış general Qaqandip Bakşi Türkiyəni hədələyib.
Bu haberi de oku: Bu məhsul bütün rəflərdən yığışdırıldı Tərkibində ölümcül bakteriya var
Son.az axar.az-a istinadən bildirir ki, Bakşi Türkiyənin xilafəti diriltmək və müsəlman dünyasının xəlifəsi olmaq istədiyini deyib.
O, Pakistan-Hindistan müharibəsinə Türkiyənin də müdaxilə etdiyini və Türkiyə tərəfindən Kəşmir bölgəsinə 3 min nəfərin göndərildiyini də iddia edib.
Bundan əlavə, Türkiyənin Hindistana birbaşa düşmən olduğunu xatırladan Bakşi "lazım gələrsə", nüvə silahı ilə Türkiyəni "cəhənnəmə çevirə biləcəklərini" bildirib.
"Dünya gücü olduqlarını göstərməyə çalışırlar. Lakin Hindistanın da qlobal güc olduğunu unutmamalıdırlar. Onların nüvə silahı yoxdur, bizdə var. Onların kosmos qüvvələri yoxdur, bizdə var", - o qeyd edib. Son.az