Bill Qeytsdən tarixi qərar: 2045ci ilə qədər 200 milyard dollarını xərcləyəcək
Dünya 09 May 2025 16:10:00 103 0
"Microsoft"un həmtəsisçisi, tanınmış milyarder və xeyriyyəçi Bill Qeyts, rəhbəri olduğu "Gates Fondu"nun qarşıdakı 20 il ərzində bütün maliyyə resurslarını istifadə edərək fəaliyyətini dayandıracağını açıqlayıb.
Bu haberi de oku: Tanınmış kriminal avtoritet saxlanıldı
Son.az-ın məlumatına görə, Qeyts sərvətinin 99 faizini fonda bağışlayacağını bir daha təsdiqləyib və növbəti illərdə fondun 200 milyard dollardan çox vəsait xərcləyəcəyini bildirib.
"TechCrunch" nəşri yazır ki, bu qərar şəxsi və simvolik bir mərhələ ilə bağlı verilib. "Bu il fondun 25 illiyidir. Atam 100 yaşına çatacaqdı. 'Microsoft' 50 yaşını qeyd edir və mən də oktyabrda 70 yaşımı tamamlayacağam. Bütün bu hadisələr məni dərindən düşündürdü", - deyə Qeyts bildirib.
Ölüm sonrası deyil, planlı son
Əvvəllər fondun, Bill Qeytsin vəfatından 20 il sonra fəaliyyətini dayandıracağı planlaşdırılmışdı. Lakin sağlamlığı yerində olan 69 yaşlı milyarder bu təqvimi önə çəkib. Yeni plana əsasən, "Gates Fondu" 2045-ci ilə qədər hər il təxminən 9 milyard dollar xərcləyəcək və həmin tarixdə fəaliyyətini başa çatdıracaq.
Bu qərarla Bill Qeytsin bağışı ABŞ tarixindəki ikinci ən böyük şəxsi ianə olaraq qeydə alınacaq. Birinci yerdə isə sərvətinin böyük hissəsini bağışlayan digər milyarder, Uorren Baffett dayanır.