Məşhur aparıcı və həyat yoldaşı ABŞni tərk etdi


Dünya 07 May 2025 15:00:00 102 0

Məşhur aparıcı və həyat yoldaşı ABŞni tərk etdi

Məşhur amerikalı televiziya aparıcısı Ellen DeGeneres və onun həyat yoldaşı, keçmiş aktrisa Portia de Rossi ABŞ-ı tərk edərək İngiltərəyə köçüblər. Bu qərar onların həyatında yeni mərhələnin başlanğıcı hesab olunur və uzun illər davam etdirdikləri ev flipləmə (al-sat) fəaliyyətlərinə də son qoyacaqlarını göstərir.

Son.az xəbər verir ki, cütlük indiyə qədər Kaliforniyada milyonlarla dollarlıq əmlaklar alaraq, onları təmir edib yüksək qiymətə satmaqla tanınıblar.

Lakin son məlumatlara görə, artıq bu fəaliyyətlərini dayandıraraq ABŞ-da əmlak bazarından çəkiliblər.

Yeni həyat: İngiltərə - Cotsvolds bölgəsində dəbdəbəli məkan

DeGeneres və de Rossi İngiltərənin prestijli Cotswolds bölgəsində ev alıblar və yaxın gələcəkdə ABŞ-yə geri dönmək niyyətində deyillər. Onların niyyəti bu dəfə ev flipləmə fəaliyyətlərini İngiltərənin kənd bölgələrində davam etdirmək olsa da, ekspertlər bu fəaliyyətin bu ölkədə əvvəlki qədər asan olmayacağını bildirirlər.

İngiltərədə ev flipləmək daha çətin olacaq

Əmlak üzrə məsləhətçi Gemma Maclaran bildirib ki, Cotsvolds kimi kənd ərazilərində yüksək dəyərli əmlaklar əsasən uzunmüddətli sərmayə üçün saxlanılır və bazara nadir hallarda çıxarılır. Bundan əlavə, tarixi əmlakların təmirinə dair ciddi hüquqi məhdudiyyətlər və bürokratik əngəllər var ki, bu da planlaşdırılan dəyişiklikləri həyata keçirməyi çətinləşdirir.

Təmir xərcləri və vergi artımları flipləmə fəaliyyətini riskə atır