Daha bir ölkə müharibəyə hazırlaşır


Dünya 06 May 2025 14:30:00 115 0

Daha bir ölkə müharibəyə hazırlaşır

İngiltərə savaşa hazırlaşır.

Son.az xəbər verir ki, bu barədə "The Telegraph" nəşri məlumat yayıb.

İngiltərə hökuməti Rusiyanın hərbi hücumlarına qarşı hazırlıq üçün 20 illik təcili vəziyyət planını yeniləmək qərarına gəlib. Qəzetin məlumatına görə ölkə rəhbərliyi Kremlin potensial hücum ehtimalına qarşı tədbirlər almağa başlayıb və yeni planda ilk dəfə kiber hücumlar da nəzərə alınacaq.

Plan daxilində hökumət müharibə elanına necə reaksiya verəcəyi, kabinet və krallıq üzvlərinin necə qorunacağı və ölkənin ehtiyat resurslarının necə idarə olunacağı kimi məsələlər yer alır. Bu tədbirlər xüsusilə, İngiltərənin Rusiyaya və müttəfiqlərinə qarşı silah üstünlüyü ilə bağlı artan narahatlıqları da əhatə edir. Hökumət rəsmiləri, ölkənin müdafiə imkanlarının kifayət etmədiyini və təhlükəsizlik zəifliklərini aradan qaldırmaq üçün yeni strategiyalar hazırlayır.

İngiltərə mütəxəssisləri ən böyük təhlükə olaraq ölkənin infrastrukturunun zərər görməsini və enerji təminatının pozulmasını görürlər. Yanacaq məntəqələri, atom-elektrik stansiyaları və digər strateji obyektlər, hərbi hücumların əsas hədəfi ola bilər. Bu səbəbdən "Vətəni Qoruma Planı" adlı yeni layihə hücumdan sonrakı ilk günlər üçün detallı müdafiə strategiyası təklif edir. Bu plan daxilində raket və nüvə hücumlarına qarşı necə müdafiə olunacağı və eyni zamanda kiber hücumlar üçün xüsusi tədbirlər nəzərdə tutulub.

Müxtəlif dövlətlərin infrastrukturunu hədəf alan və ölkənin bütün işlərini iflic edən kiber hücumların bu qədər ciddi təhdidə çevrilməsi İngiltərənin də müdafiə strategiyasını dəyişdirib. Bu dəfə planın bir hissəsi olaraq kiber hücumlar yer alacaq. Bu, İngiltərənin hərbi müdafiə planları baxımdan ilkdir. Bu, ölkənin müxtəlif sistemlərini qorumaq üçün yeni texnoloji hazırlıqlar tələb edir.