Pakistan Hindistanın 5 qırıcısını və 1 gərargahını məhv etdi YENİLƏNİB


Dünya 07 May 2025 10:03:00 118 0

Pakistan Hindistanın 5 qırıcısını və 1 gərargahını məhv etdi  YENİLƏNİB

Pakistan Hindistanın raket hücumlarına cavab verdi: Beş qırıcı təyyarə və bir hərbi qərargah məhv edildi

10:03

Hindistanın Pakistanın Pəncab əyalətindəki şəhərlərə və Kəşmir bölgəsinə raket zərbələri endirməsinə cavab olaraq, Pakistan Silahlı Qüvvələri əhəmiyyətli əks-hücum həyata keçirib.

Son.az xəbər verir ki, yerli KİV-lərin verdiyi məlumata görə, Pakistan ordusu Hindistan Hərbi Hava Qüvvələrinə məxsus beş döyüş təyyarəsini, bir pilotsuz uçuş aparatını (PUA) və bir briqada qərargahını sıradan çıxarıb.

Bu barədə açıqlamanı Pakistan Silahlı Qüvvələrinin sözçüsü general-leytenant Əhməd Şərif Çaudri verib. Onun sözlərinə görə, hərbi əməliyyata cəlb olunan Pakistan təyyarələri və pilotları heç bir itki vermədən bazalarına geri qayıdıblar.

Məlumata görə, məhv edilən Hindistan təyyarələri arasında 3 ədəd Fransada istehsal olunmuş Rafale, 1 ədəd Su-30 İ və 1 ədəd MiQ-29 tipli qırıcı olub.

09:29

Hindistan Pakistanın nəzarətində olan Kəşmirə raket zərbələri endirib. Pakistanın nəzarətində olan Cammu və Kəşmir bölgəsi istiqamətində hərbi əməliyyatlar başlayıb.

Son.az "Reuters" agentliyinə istinadən xəbər verir ki, Pakistan buna cavab olaraq Hərbi Hava Qüvvələrini səfərbər edib və cavab zərbələri endirib.

Şahidlərin verdiyi məlumata görə, Pakistanın Kəşmir paytaxtı Muzaffarabad şəhəri və bölgədə yerləşən daha iki yerdə güclü partlayış səsləri eşidilib. Partlayışlardan sonra Muzaffarabad şəhərində elektrik enerjisi kəsilib.

Pakistan cavab əməliyyatı başlatdı

Pakistan Silahlı Qüvvələrinin sözçüsü general-leytenant Əhməd Şərif Çaudhri yerli ARY televiziyasına açıqlamasında Hindistanın üç ayrı nöqtədə raket hücumları həyata keçirdiyini və nəticədə 3 nəfərin öldüyünü, 12 nəfərin isə yaralandığını bildirib.

Onun sözlərinə görə, Hindistan ordusu Kotli, Bahavalpur, Muridke, Bağ və Muzaffarabad şəhərlərini hədəfə alıb.

"Az öncə Hindistan qorxaq şəkildə Bahavalpurun Əhməd Şərq bölgəsində yerləşən Subhanullah məscidinə, Kotliyə və Muzaffarabadın müxtəlif nöqtələrinə hava zərbələri endirdi", - deyə Çaudhri bildirib.