Rusiyanın "xain" elan etdiyi balerina Ağ Evdə FOTO


Dünya 06 May 2025 11:30:00 170 0

Rusiyanın "xain" elan etdiyi balerina Ağ Evdə  FOTO

ABŞ Prezidenti Donald Tramp 15 ay Rusiyada həbsdə qalan rus-amerikalı balerina Kseniya Karelina ilə Ağ Evdə görüşüb.

Son.az xarici mətbuata istinadla xəbər verir ki, prezident onu rəsmi şəkildə vətənə qayıtması münasibətilə salamlayıb.

"Təbrik edirəm" - deyə 78 yaşlı Tramp Oval kabinetdə baş tutan və mətbuata qapalı olan görüşdə Karelinanın əlini sıxarkən bildirib. Görüşdən 14 saniyəlik video Ağ Evin mətbuat müşaviri Marqo Martin tərəfindən sosial şəbəkədə paylaşılıb. Tramp kadrda görünməyən şəxsə müraciət edərək deyib: "İndi başa düşürəm ki, niyə onu həbsdən çıxarmaq üçün bu qədər çalışdınız".

Kseniya Karelina isə ürəyinin üstünə əlini qoyaraq "Çox sağ olun" deyib. Trump isə cavab verib: "Bu, mənim üçün böyük şərəfdir".