Sadəcə varlıların yaşayacağı gizli şəhər yaradılır Okeanın altında: 21 trilyon xərclənib FOTO
Dünya 06 May 2025 12:00:00 101 0
Bu şəhərlər insan nəsli məhv olmaq təhlükəsi qarşısında qalanda istifadə ediləcək
Bu haberi de oku: Hindistan ordusu bu postda ağ bayraq qaldıraraq təslim oldu
ABŞ-də illərlə xalqdan gizli şəkildə varlılar və güclülər üçün yeraltı şəhərlər tikildiyi iddia edilib.
Son.az xəbər verir ki, bu barədə keçmiş ABŞ prezidenti Corc H. V. Buş dövründə nazir müavini olmuş Ketrin Ostin Fitts açıqlama verib.
Onun sözlərinə görə hökumət 21 trilyon dolları məhz fövqəladə vəziyyətlərdə varlıların sığınması üçün nəzərdə tutulan yeraltı bazalara xərcləyib. Fitts bildirib ki, bu şəhərlər insan nəsli məhv olmaq təhlükəsi qarşısında qalanda istifadə ediləcək. İddiaya görə, ABŞ-də azı 170 belə gizli obyekt var və bəziləri hətta okeanların altında inşa edilib.
Ketrin Ostin Fitts əlavə edib ki, bu yeraltı bazalar həmçinin ABŞ-nin məxfi kosmik proqramlarına da xidmət edir. Ekspertlərin sözlərinə görə, son illər dünyada artan müharibə riski, iqlim böhranı və pandemiyalar səbəbilə belə sığınacaqlara maraq varlı təbəqə arasında daha da artıb. ABŞ-də daha əvvəl də "D.U.M.B." (Deep Underground Military Bases) adlanan və hökumətin gizli tunel və bazalar şəbəkəsi olduğu iddiaları gündəmə gəlmişdi. Rəsmi Vaşinqton isə bu iddiaları nə təsdiq edib, nə də təkzib.