"Ağşəhər” və NZSdə metro olacaq


Digərləri 05 May 2025 13:48:00 104 0

"Ağşəhər” və NZSdə metro olacaq

Bakıda 10 yeni metrostansiyanın tikiləcəyi ərazilərin müəyyənləşdiriməsi prosesi tamamlanmaq üzrədir.

Son.az xəbər verir ki, bunu teleqraf-a "Bakı Metropoliteni"nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov bildirib.

Onun sözlərinə görə, layihə üzrə son tamamlama işləri aparılır.

Qeyd edək ki, 2030-cu ilə qədər icrası nəzərdə tutulan layihəyə əsasən, stansiyalardan 6-sı "bənövşəyi", 4-ü isə "yaşıl" xəttin üzərində yerləşəcək. Yeni stansiyalar Bakı-Sumqayıt-Xırdalan və digər istiqamətlərdən gələn sərnişinlərin şəhər mərkəzinə daha rahat çatmasına imkan yaradacaq.