Ağadadaşın balta atdığı mühafizəçi qatarda əxlaqsız hərəkət edibmiş
Digərləri 05 May 2025 16:21:00 74 0
Xalq artisti Ağadadaş Ağayevlə aralarında yaranmış insidentlə gündəm olmuş Nurəddin Cəlilovun həbs edilməsinin təfərrüatı məlum olub.
Bu haberi de oku: Adınıza kredit götürülmüş ola bilər 11 il sonra öyrəndi
Son.az musavat.com-a istinadla xəbər verir ki, Nurəddin Cəlilov aprelin 24-də məhkəmənin qərarı ilə 7 sutka inzibati qaydada həbs edilib.
Cəzasını başa vurub azadlığa çıxan Cəlilovun hansı səbəbdən həbs edilməsi məlum olub.
Məlumata görə, Nurəddin Cəlilov metroda sərnişin xanımlardan birinə qarşı əxlaqsız hərəkət edib. Xanım buna etiraz edərək yerini dəyişib. Bu zaman qatarda olan şəxslər də hadisədən xəbər tutublar və narazılıq yaranıb. Ərazidə olan polis əməkdaşı hadisəyə müdaxilə edib.