Bu halda aliment ləğv olunur
Digərləri 05 May 2025 21:14:00 81 0
Qanunvericiliyə əsasən, uşaqları saxlamaq valideynlərin borcudur. Ailə məcəlləsinə əsasən, valideynlər uşaq saxlamaq barədə saziş bağlaya bilirlər. Bəzən belə təsəvvür yaranır ki, yalnız ər və arvad boşandıqdan sonra aliment ödəyə bilər. Amma bu həmişə belə deyil. Valideynlər rəsmi nikahda olduqları müddətdə də uşaqlarını saxlamadıqları müddətdə aliment məhkəmə qaydasında tutula bilər.
Bu haberi de oku: "70 manat göndərin sizə 5 min kredit verək” – Dələduzların növbəti oyunu
Aliment ödəyən valideyn vəfat edərsə, bu zaman alimenti kim ödəyəcək?
Məsələ ilə bağlı Son.az-a vəkil Rəşad Əliyev açıqlama verib.
O bildirib ki, tərəflər arasındakı ən həssas məsələ uşaqların gələcəyidir. Dövlət isə bu gələcəyi qorumaq üçün aliment öhdəliyini hüququ çərçivəyə salır. Tərəflər arasında nikah pozularkən, uşaqlar hansi valideynin yanında qalırsa, digər valideyn ona aliment ödəyir:
"Aliment 2 qaydada yəni, maaşın və aylıq gəlirlərin müəyyən hissəsinin tutulması kimi müəyyən oluna bilər. Bu o deməkdir ki, bir uşağa görə aliment aylıq qazancın dörddə biri, 2 uşağa görə üçdə biri, üç və daha çox uşaq sayı olarsa, maaşın və ya aylıq qazancın yarısı qədər müəyyən oluna bilər
Bu halda ölkə üzrə aylıq əmək haqqından müəyyən misli miqdarında təyin olunur və gələcəkdə aylıq əmək haqqının minumum miqdarı bu halda birbaşa aliment məbləği də artmış olur. Ailə Məcəlləsində aliment öhtəliklərinə xitam verilməsinin əsasları konkret olaraq göstərilib. Bu əsaslardan biri də aliment ödəyən şəxsin vəfat etməsi ilə bağlıdır.