Yayın sevilən meyvəsi kişilərin yataq performansını artırırmış
Digərləri 06 May 2025 02:02:00 86 0
Yay mövsümünün sevilən meyvəsi kişilərin yataq performansını artırır.
Bu haberi de oku: Antalyada sahildə köpək balığı peyda oldu
Son.az xəbər verir ki, yay aylarında ən çox istehlak edilən meyvələrdən olan qarpız, kişilərin cinsi sağlamlığına müsbət təsir edir.
Bu nəticələr "Current Research in Food Science" jurnalında dərc olunub və "Daily Mail" tərəfindən yayımlanıb. Yəməndəki Thamar Universitetinin tədqiqatçısı Dr. Haitham Al-Madhagi bildirib ki, qarpızın tərkibindəki maddələr orqanizmdə azot oksidi istehsalını artırır, bu da damarları genişləndirərək qan dövranını yaxşılaşdırır. Onun sözlərinə görə bu təsir mexanizmi "viqra"ya bənzəyir və cinsi performansa birbaşa müsbət təsir edir.
"Qarpız tarix boyu həm qidalandırıcı, həm də müalicəvi xüsusiyyətləri ilə seçilib. Antioksidant tərkibi sayəsində sperm keyfiyyətini artırır, kişi cinsi funksiyalarını dəstəkləyir və xayaların fəaliyyətini yaxşılaşdırır," - deyə Dr. Al-Madhagi vurğulayıb.