Antalyada sahildə köpək balığı peyda oldu
Digərləri 05 May 2025 14:30:00 151 0
Antalya sahillərində köpək balığı peyda olub.
Bu haberi de oku: Hansı bürclər qara siyahıya düşdü? Astroloqlar
Son.az xəbər verir ki, Antalyanın Konyaaltı sahilində dünən gərgin anlar yaşanıb.
Təxminən 2 metr uzunluğunda olan köpəkbalığı dayaz sularda görünmyə başlayıb. Həmin vaxt suda üzənlər və qumda dincələnlər olur. Sahildə dincələnlər daş ataraq köpəkbalığını uzaqlaşdırmağa çalışıblar.
Mütəxəssislər belə halların nadir olsa da baş verə biləcəyini bildirərək dənizə girənlərə ehtiyatlı olmağı və şübhəli vəziyyətlərdə dərhal rəsmi qurumlara məlumat verməyi tövsiyə ediblər.
Rəsmilər isə ərazidə təhlükəsizlik tədbirlərinin gücləndirildiyini və dənizdə təhlükəsizliyin təmin olunması üçün işlərin davam etdiyini açıqlayıblar.