Almalı yaş keks necə hazırlanır?


Digərləri 05 May 2025 19:00:00 84 0

Almalı yaş keks necə hazırlanır?

Almalı yaş keks — həm meyvəli, həm də içi nəmli olduğu üçün çox ləzzətli şirniyyatdır

Almalı yaş keks - həm meyvəli, həm də içi nəmli olduğu üçün çox ləzzətli şirniyyatdır.

Son.az bildirir ki, almalı yaş keksi bu cür hazırlaya bilərsiniz:

Əvvəlcə 3 ədəd almanı rəndələyin və bir az darçınla birlikdə tavada 5-6 dəqiqə bişirib soyudun. Keks xəmiri üçün 3 ədəd yumurta ilə 1 stəkan şəkəri çalın, üzərinə yarım stəkan duru yağ, 1 stəkan süd əlavə edib qarışdırın. Sonra 2 stəkan un, 1 paket qabartma tozu, 1 paket vanil qatıb qarışdırın. Sonda bişirdiyiniz almaları xəmirlə birləşdirin.

180 dərəcədə təxminən 35-40 dəqiqə bişirin. Bişdikdən sonra üzərinə yarım stəkan südlə 2-3 xörək qaşığı şəkəri qarışdırıb tortun üzərinə tökün ki, keks islanıb daha nəmli və yumşaq olsun.