Yarıdan çoxu 300dan az bal TOPLAYIB


Digərləri 05 May 2025 17:09:32 86 0

Yarıdan çoxu 300dan az bal TOPLAYIB

2024-cü ildə Bakının ümumtəhsil müəssisələrini 28203 şagird bitirib və onların 28115 nəfəri buraxılış imtahanında iştirak edib.

Modern.az-ın Dövlət İmtahan Mərkəzindən əldə etdiyi məlumata görə, məzunlarının 3073 nəfəri 500-dən, o cümlədən 964 nəfəri 600-dən yuxarı bal toplayıb. 

Məlumata görə, məzunların 8.24%-i (1798 nəfər) 0-100 intervalında, 23.82%-i (5197 nəfər) 100-200 intervalında,  21.83%-i (4763 nəfər) 200-300 intervalında, 32.03%-i (6988 nəfər) 300-500 intervalında, 14.08%-i (3073 nəfər) 500-dən yuxarı bal toplayıb.

Beləliklə, şəhərin abituriyentlərinin yalnız 46.11%-i 300-dən yuxarı bal toplayıb