Səsküylü məhkəmə başa çatdı Həmin qadınlara hökm oxundu


Digərləri 05 May 2025 16:26:00 78 0

Səsküylü məhkəmə başa çatdı  Həmin qadınlara hökm oxundu

Talassemiyalı uşaqların müalicəsinə ayrılmış pulları ələ keçirməkdə ittiham olunan qadınların 1 ildən çoxdur davam edən səs-küylü məhkəmə araşdırması başa çatıb.

Son.az qafqazinfo.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən son iclasda hökm oxunub.

Azad Məcidovun sədrlik etdiyi hakimlər belə qənaətə gəlib ki, həssas cinayət işi üzrə xanım müttəhimlərə verilmiş ittihamlar məhkəmə istintaqı ilə təsdiqini tapıb.

Hökmə əsasən, Nuridə Seyidova 8 il 6 ay, Aynur Bayramova 7 il 6 ay, Aysel Məmmədova isə 6 il 6 ay müddətə azadlıqdan məhrum edilib.