Ev alanda 2 dəfə düşünün Çıxarış almaq mümkün deyil


Digərləri 05 May 2025 10:50:00 81 0

Ev alanda 2 dəfə düşünün  Çıxarış almaq mümkün deyil

Bu ilin yanvar-mart ayları ərzində Azərbaycanda daşınmaz əmlak üzərində 86708 mülkiyyət hüququ qeydə alınaraq çıxarışla təmin edilib. Əmlak məsələləri dövlət xidmətinin məlumatına əsasən, bunun 14224-ü fərdi yaşayış evləri və bağ evləridir. 19200-ü mənzillərdir, 49386-sl isə torpaq sahələrinin payına düşür. Bi tərəfdən qeydiyyatsız evlərin sənədləşdirilməsi üçün işlər görülür, amma digər tərəfdən yeni sənədsiz evlər hətta məhəllələr inşa edilir. Söhbət qiymətinin ucuz olması ilə alıcıları cəlb edən makler evlərdən gedir. 

Bəs bu evlərin hansı problemləri olur? 

Məsələ ilə bağlı Son.az-a daşınmaz əmlak üzrə ekspert Elnur Azadov deyib ki, qanunla icazə verilməyən ərazilərdə tikilən əmlakların leqallaşdırılması nəzərdə tutulmayıb və buna ümid etməyə də ehtiyac yoxdur:

"Bəzi vətəndaşlar düşünürlər ki, onların aldıqları evlər gələcəkdə leqallaşa bilər. Təəssüflər olsun ki, bununla bağlı heç bir əsas yoxdur. Vətəndaş birinci növbədə bilməlidir ki, leqallaşdırdığı halda o əmlakın özünü də riskə atır. T'bii ki, vətəndaş orda qeydiyyatda olmur. Sığorta hallarından da istifadə edə bilməyəcək və qanunla nəzərdə tutulmuş imtiyazlardan və imkanlar məhdudlaşdırılmış olur. Əsasən, əmlak bazarında vasitəçilikdə məşğul olan sahibkarlar, maklerlər qeyri-yaşayış təyinatlı torpaqları alaraq bu evləri tikir və ucuz qiymətə satır. Bu ərazilərdə isə payız, qış vaxtı bataqlıq zonalar əmələ gəlir. Bundan əlavə evə yaxın ərazilərdə məktəb, uşaq bağçası olmur. Ən əsası isə bu evlərin keyfiyyəti aşağı olur". 

Məsələ ilə bağlı hüquqşünas Nəriman Əliyev bildirib ki, rəsmi sənədi olmayan evlərin mülkiyyət hüquqlarının mühafizəsi də mümkün olmur: