15 ildir tikilən binada bir nəfər də yaşamır Bakıdakı sirli bina


Digərləri 01 May 2025 12:06:30 54 0

15 ildir tikilən binada bir nəfər də yaşamır  Bakıdakı sirli bina

Paytaxtın Xətai rayonunda dörd çoxmərtəbəli binadan ibarət yaşayış kompleksində bir nəfər belə yaşamır. Qəribədir ki, uzun illər əvvəl binanın tikintisi başa çatsa da, mənzillər hələ satışa çıxarılmayıb. Binanın qəzalı olduğu da deyilir, amma maraqlıdır ki, aşağı mərtəbələrdə obyektlər fəaliyyət göstərir.   

Bəs niyə belə bir vəziyyət yaranıb? 

Son.az xəbər verir ki, binada yaşayış olmasa da, obyektlər icarəyə verilir. Həmin şirkətlə əlaqə saxlayıb məsələni aydınlaşdırmağa çalışsaq da, heç bir nəticə olmadı. Telefonu götürən şəxs bildirdi ki, o, sadəcə vasitəçidir. İcarəyə verilən obyektlərdən sadəcə faizini götürür. Binalarla bağlı ətraflı məlumatlı deyil. 

Məsələ ilə bağlı təhlükəsizlik eksperti Elmar Nuraliyev bildirir ki, bina qanunvericilikdə nəzərdə tutulan formada istismara verilməyibsə, qeyri-yaşayış obyektlərinin fəaliyyəti də qanunsuzdur:

"Binanın qəzalı vəziyyətdə olmasına dair rəy verilibsə, orda yaşayış və qeyri-yaşayış sahələrində insanların yerləşdirilməsinə və yaxud hansısa bir kommersiya payının həyata keçirilməsinə icazə verilmir". 

Aysel Əkbər Son.az