Teslaya rəhbər axtarılır Maskın başı siyasətə qarışıb


Digərləri 01 May 2025 11:22:00 77 0

Teslaya rəhbər axtarılır  Maskın başı siyasətə qarışıb

Tesla yeni rəhbər axtarışındadır.

Son.az dailymail-ə istinadla xəbər verir ki, səhmlərin kəskin düşməsi şirkəti belə addım atmağa vadar edib.

Tesla səhmlərinin dəyəri kəskin şəkildə düşdükdən sonra yeni rəhbər axtarışına başlayıb. Şirkət Elon Maskdan Tesla-ya daha çox vaxt ayırmasını tələb edib və ona xəbərdarlıq edib ki, əks halda CEO vəzifəsindən uzaqlaşdırılacaq.

Bu qərar Tesla-nın gəlirlərinin 71% azaldığı və səhmlərinin 40% dəyər itirdiyi bir dövrə təsadüf edir. Tesla, bir neçə "headhunter" şirkəti ilə danışıqlar aparır və Maskın əvəzlənməsi üçün rəhbər axtarır. İnvestorlar və şirkət daxilindəki mənbələr Maskın "Tesla"ya daha çox diqqət yetirməsini və siyasətdən tamamilə uzaqlaşmasını tələb edirlər.

İsmayıl Son.az